Avropa İttifaqının (Aİ) nümayəndələri sentyabrın 8-də Vaşinqtona səfəri zamanı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər.
Elchi.az xəbər verir ki, bu barədə Associated Press (AP) mənbəyə istinadən məlumat yayıb.
“Avropa rəsmilərindən ibarət komanda bazar ertəsi ABŞ-ın Maliyyə Nazirliyinə səfər edərək Rusiyaya iqtisadi təzyiqin müxtəlif formalarını, o cümlədən yeni sanksiyaları müzakirə edəcək”, – məlumatda deyilir.
Qeyd olunur ki, nümayəndə heyətinə Aİ-nin sanksiyalar üzrə elçisi David O’Sullivan başçılıq edəcək .
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Aİ və ABŞ liderlərinin Rusiyaya qarşı sanksiyaları əlaqələndirmək üçün görüş keçirəcəyini açıqlamışdı . Onun sözlərinə görə, görüş “yaxın günlərdə” baş tutacaq.
Nuranə Məmmədova






















Son şərhlər