Ukrayna prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığı zamanı Rusiyaya təzyiqlərin artırılması məsələsini müzakirə etdiyini bildirib,
Elchi.az xəbər verir ki, bu barədə “Interfax-Ukrayna” məlumat yayıb.
“Bu gün biz prezident Trampla danışdıq, ona verdiyi dəstəyə görə təşəkkür edirik. Vəziyyəti sülhə doğru sövq etmək haqqında uzun, ətraflı söhbət. Müxtəlif variantları müzakirə etdik, ən əsası təzyiqdir”, – Zelenski bildirib.
O, Moskvanın pul və resurslardan məhrum ediləcəyi təqdirdə nizamlanmanın əldə oluna biləcəyinə əmin olduğunu bildirib.
Eyni mətbuat konfransında Zelenski həmçinin bildirib ki, Avropa ölkələrinin orduları Ukraynada təhlükəsizlik zəmanətləri çərçivəsində mütləq peyda olacaq. Onun sözlərinə görə, ABŞ da təhlükəsizlik zəmanətlərinin bir hissəsidir.
Nuranə Məmmədova






















Son şərhlər