"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ruben Vardanyanın məhkəməsi davam etdirilib

02 Sentyabr 2025 - 19:58
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 2-də davam etdirilib.

Bunu da oxuyun

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

Elchi.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesinə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra məhkəmədə zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxs Ayaz Nəzərovun hüququ varisi – anası Sima Tanrıverdiyeva dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən bildirib ki, oğlu düşmənin təxribatı nəticəsində Kəlbəcərdə həlak olub.

Zərərçəkmiş şəxs Qərib Qasımovun hüququ varisi – atası Şahbaz Qasımov ifadəsində oğlunun Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində Xocavənddə həlak olduğunu bildirib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs Rəvan Cəfərovun hüququ varisi Məhəmmədəli Cəfərov ifadəsində oğlunun Xocavənddə düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu deyib.

Zərərçəkmiş şəxs Mirzə Ağayev ifadəsində bildirib ki, düşmənin açdığı atəş nəticəsində Xocavənddə yaralanıb.

Digər zərərçəkən Zakir Mirzəyev ifadəsində qeyd edib ki, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində Xocavənddə, Qırmızı Bazar istiqamətində xəsarət alıb.

Dövlət ittihamçısı Fuad Musayevin sualını cavablandıran zərərçəkən Asim Musayev qeyd edib ki, Kəlbəcərin Söyüdlü yaylağında mal-qara otararkən düşmən tərəfindən 30-dan çox top mərmisi atılıb, nəticədə o və yanında olan şəxslər yaralanıb, 350-dən çox heyvan isə tələf olub.

Zərərçəkən Atamalı Məlikov ifadəsində bildirib ki, düşmən tərəfindən Xankəndi ərazisində artilleriya atəşinə məruz qalıb, qarın boşluğundan və kürəyindən yaralanıb. Yaralarına görə 6 dəfə əməliyyat olunub.

Zərərçəkən Namiq Həşimov qeyd edib ki, içərisində olduğu təcili tibbi yardım maşını üzərində tanınma işarəsi olsa da, Ağdam istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulub, nəticədə özü və daha 5 nəfər yaralanıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualını cavablandıran zərərçəkən Mədət Sabirzadə ifadəsində deyib ki, düşmənin Xocalıda törətdiyi təxribat zamanı açılan atəş nəticəsində yaralanıb, yanında olan 5 nəfər isə həlak olub.

Zərərçəkən Təhrun Əsgərov ifadəsində vurğulayıb ki, Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində kəllə-beyin travması alıb.

Turan Balaşzadə ifadəsində qeyd edib ki, qardaşı Röyal Balaşzadə düşmən tərəfindən Kəlbəcər rayonu istiqamətində snayper silahı ilə vurulub və o, həlak olub.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında zərərçəkən Sadiq Məmmədəli bildirib ki, Kəlbəcər istiqamətində düşmənin açdığı artilleriya atəşi nəticəsində ayağından yaralanıb.

Zərərçəkən Əziz Əzizov ifadəsində deyib ki, o, Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən minaatandan açılan atəş nəticəsində kəllə-beyin travması alıb.

Zərərçəkən Bəhlul Ağayev vurğulayıb ki, Xocavənddə düşmən tərəfindən açılan atəş nəticəsində sol qolundan yaralanıb, bir nəfər isə həlak olub.

Fuad Qurbanlı düşmən tərəfindən açılan atəş nəticəsində Ağdərə istiqamətində yaralandığını, sağ ayağının dizdən aşağı hissəsinin amputasiya olunduğunu, Xəyal Məsimov və Nurlan Rəfizadə minaatandan açılan atəş nəticəsində yaralandıqlarını bildiriblər.

Zərərçəkən Ürfan Məmmədov ifadəsində Xocavəndə düşmənin açdığı artilleriya atəşi nəticəsində çoxsaylı qəlpə yarası və kəllə-beyin travması aldığını, 3 yoldaşının həlak olduğunu söyləyib.

Pərvin Allahverdiyev Xocavəndində düşmənin snayperdən açdığını atəş nəticəsində qolundan yaralandığını, Elsevər Axundov Ağdərədə düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində qolundan, ayağından yaralandığını, kəllə-beyin travması aldığını diqqətə çatdırıblar.

Zərərçəkən Nemət Bağırov Daşkəsən rayonunun ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində Xəyal Süleymanovun və Cavidan Bədəlovun həlak olduqlarını, özünün isə yaralandığını deyib.

Həsən Məhiyəddinli ifadəsində Ağdərə rayonunun Canyataq kəndi ərazisində düşmənin onun içərisində olduğu maşını atəşə tutması nəticəsində yaralandığını söyləyib.

Radim Qaraxanov bildirib ki, Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində xəsarətlər alıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkən Hacı Bağırov deyib ki, Ağdərə rayonu ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində o, Nəsimi Hacıyev və Vüsal İbrahimov xəsarət alıblar.

Tural Əzimov və Məhəmməd Bağıyev düşmən tərəfindən açılan atəş nəticəsində Ağdam rayonunda, Həzrət İsmayılov isə Ağdərədə yaralandıqlarını söyləyiblər.

Zərərçəkən Qoşqar Şərbətov ifadəsində qeyd edib ki, Xocavənd rayonunda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində yaralanmış şəxsləri təxliyə edən zaman düşmənin üzərində fərqləndirici nişan olan təcili tibbi yardım avtomobilinə atdığı mərmi nəticəsində xəsarət alıb.

Digər zərərçəkənlər – Nurəli Şıxaliyev, Rasif Məhərrəmov, Məzahir Əliyev, Amin Məmmədov, Cavid Şirvanov, Müslüm Əliyev, Şahin Səfərov, Ümid İbrahimli, Şəhriyar İsgəndərov, Eldəniz Dadaşov, Əmrah Həsənov, Vüsal Abbaslı, Şirin Həşimov, Kənan Sofiyev, Əmir Nəbiyev, Cəmaləddin Mikayıllı və Kənan Mustafayev ifadələrində düşmənin təxribatı nəticəsində xəsarətlər aldıqlarını bildiriblər.

Sonra zərərçəkən Amid Quliyevin elan edilib. Bildirilib ki, düşmənin Xocalı rayonunun Fərrux kəndində, meşəlikdən açdığı atəş nəticəsində hər iki ayağının dizdən aşağı hissəsindən güllə xəsarətləri alıb.

Sonra məhkəmə iclasında zərərçəkmiş şəxslər barəsində olan məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası sentyabrın 9-na təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Ruben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilibRuben Vardanyanın məhkəməsi davam etdirilib
Previous Post

Tiflisdə aksiya: 20 nəfər saxlanıldı

Next Post

Bəzi küçələrdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bənzər yazılar

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13

Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub. Elchi.az -ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan...

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11

BƏƏ sahillərində "Gem No. 2" tankerindən neft sızması dayandırılıb, yeni neft sızması halları aşkar edilməyib, zərər çəkmiş sahilboyu ərazilərin təmizlənməsi...

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29

Yəmənin hökumət qüvvələri "Yəmən şəfəqi" hücum əməliyyatı çərçivəsində son saatlar ərzində husilərə 1087 zərbə endirdiyini açıqlayıb. Elchi.az xəbər verir ki,...

Next Post
Bəzi küçələrdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bəzi küçələrdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İsrail səfərbərlik elan etdi

İsrail səfərbərlik elan etdi

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.