“Qərb ölkələri çoxqütblü dünya nizamının formalaşmasının qarşısını almaq üçün şantajdan istifadə edirlər”.
Elchi.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Teleqram kanalında yazıb.
“Çoxqütblü dünya formalaşır və Qərb dövlətləri hər yolla bunun qarşısını almağa çalışır, öz dominantlıqlarını qorumağa çalışırlar. Onlar artıq danışıqlara və ya ədalətli rəqabət metodlarına deyil, birbaşa şantaj, təzyiq, sanksiyalara əl atırlar. Rəqiblərin nəinki böyüməsi, hətta bir çox cəhətdən tarixən kollektiv Qərbi qabaqlaması faktı artıq hamıya aydındır”, – deyə Lavrov qeyd edib.
Yeganə






















Son şərhlər