"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Qardaş Pakistanın haqlı mövqeyini həmişə dəstəkləyəcəyik”-Qüdrət Həsənquliyev

01 Sentyabr 2025 - 17:33
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Bunu da oxuyun

Sabah yağış yağacaq

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

Müsahibəni təqdim edirik:

– Qüdrət bəy, Hindistan BRİCS-dən sonra indi də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almasına mane olub. Azərbaycan hansı addımları atmalıdır?

– Hindistan dost olmayan ölkədir. Biz, qardaş Pakistanın haqlı mövqeyini həmişə dəstəkləyəcəyik. BRİCS-dən imtina etdiyimiz kimi, ŞƏT-dən də imtina etməli, bizimlə dost olmaq istəyən ölkələrlə ikitərəfli əməkdaşlığı genişləndirməliyik. Türkiyə ilə, o cümlədən yaxın qonşularla 3+3 formatında əməkdaşlığı genişləndirilməli, kapitalın, malların və işçi qüvvəsinin hərəkəti asanlaşdırılmalıdır. İqtisadi bloklara qoşulmaq bizə ona görə lazımdır ki, ölkəmizə investisiya qoyulsun, iqtisadiyyatımız inkişaf etsin, xaricə məhsul sataq. İxracımızın 90%-ə qədərini neft və neft məhsulları təşkil edir. Satacağımız başqa məhsulumuz da çox deyil. Biz islahatlar aparmaqla iqtisadiyyatımızı gücəndirməliyik. Quru sərhədlərimizi açmaqla turizmin inkişafına imkan yaratmalıyıq. Ümumi Daxili Məhsulun həcmini artırmaq üçün kompleks islahatlar aparılmalıdır. Dövlət idarəetməsini həyata keçirmək üçün bürokratik aparat kiçildilməli, idarəetmədə ifrat mərkəzləşməyə son qoyulmalı, istehsal və emal müəssiələrinin yaradılması üçün tikintiyə icazə olduqca sadələşdirilməli, bu səlahiyyət yerli özünüidarəetmə orqanlarına verilməli, mülkiyyəti qoruya bilən məhkəmə yaradılmalı, əlverişli investisiya mühiti yaradılmalı, paralmentin qanunların icrasına nəzarət mexanizmi yaradılmalıdır. Regionda mövqelərimizin güclənməsi üçün Ermənistanı yaxın tərəfdaşlarımızdan birinə çevirməliyik. İranla, İranın indiki Prezidenti ilə əlaqələrimizi genişləndirməliyik.

– Qüdrət bəy, Qəzzanın 10 il müddətinə ABŞ-nin idarəçiliyinə verilməsi ideyasına necə baxırsınız?

– Bu baş tutsa yaxşı olardı, çünki ABŞ orda insan hüquq və azadlıqlarına hörmət edilən sivil bir dövlət idarəetməsi qura bilərdi, həm də yalnız Qəzzada yox, bütövlükdə tanınacaq Fələstin dövlətində. Amma 10 il azdır. Bunun üçün ən azı 50 il lazımdır, çünki Əfqanıstan təcrübəsi göstərdi ki, 20 il belə normal fəaliyyət göstərən dövlət institutları qurmaq üçün yetərli deyil.

– Trampın ABŞ-də cinayətkarlığa qarşı mübarizədə Milli Qvardiyadan istifadə etməsini necə dəyərləndirirsiniz?

– Bu, ABŞ qanunları ilə qadağan olunmur. ABŞ-də cinayətkarlıq doğrudan qorxulu miqyasdadır. Ona görə, ABŞ prezidenti bu istiqamətdə ciddi addımlar atmaq məcburiyyətində idi. Dua edək ki, gözlənilən nəticələr olacaq və cinayətkar qruplar zərərsizləşdiriləcək. Yoxsa hər gün ABŞ-də günahsız insanların, bəzən məktəblilərin, tələbələrin güllələnməsinə dair üzücü məlumatlar alırıq. Tramp elan etdiyi məqsədlərdə səmimidirsə silahların satışına nəzarət gücləndirilməli və silah əldə etmək xeyli çətinləşdirilməlidir. Yeni tələblərə cavab verməyən insanlardan silahlar yığılmalıdır. Amma problem ondadır ki, Tramp öz tərəfdarları da daxil olmaqla silah satışından faydalanan siyasilərin təzyiqlərini dəf edə bilərmi? Bu ciddi sual doğurur.

 

Previous Post

Putin İran və Nepal prezidentləri ilə görüşəcək

Next Post

Putin: Rusiya və İran arasında ticarət dövriyyəsi 11,4% artıb

Bənzər yazılar

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47

Çoxtərəfli əməkdaşlıq formatlarında fəal yer alan Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əlaqələri də qarşılıqlı hörmət və etimada, bərabərhüquqlu tərəfdaşlıq...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb. Elchi.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata...

Next Post
Putin: Rusiya və İran arasında ticarət dövriyyəsi 11,4% artıb

Putin: Rusiya və İran arasında ticarət dövriyyəsi 11,4% artıb

Yanukoviç Ukrayna ilə müzakirələrdə AB-nin özbaşına davranışı barədə danışdı

Yanukoviç Ukrayna ilə müzakirələrdə AB-nin özbaşına davranışı barədə danışdı

Son xəbərlər

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52
Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.