Almaniya kansleri Fridrix Merts son müsahibəsində deyib ki, Almaniya və Avropa xüsusilə Ukraynadakı müharibə kontekstində Rusiyadan ciddi təhlükə ilə üz-üzədir.
Elchi.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
O, bildirib ki, Ukrayna ərazisinə quru qoşunlarının göndərilməsi hazırda nəzərdən keçirilmir, lakin ölkə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə və atəşkəs əldə olunacağı təqdirdə dəstək verməyə yönəlib.
Eyni zamanda Merts qeyd edib ki, Ukraynanın təslim olması qəbuledilməzdir, çünki bu, bütün Avropanın təhlükəsizliyini təhdid edəcək və Rusiyaya qarşı ardıcıl və qəti mövqeyə ehtiyac olduğunu vurğulayıb.
O, həmçinin sülhə nail olmaq ehtimalı ilə bağlı ehtiyatlı nikbinliyini ifadə edib, lakin Ukraynaya Qərb ölkələrindən etibarlı dəstək verilməsə, münaqişənin uzana biləcəyi barədə xəbərdarlıq edib.
Kanslerin sözlərinə görə, Rusiyadan gələcək təhdidlərin qarşısını alan əsas amil Avropa və Almaniyanın Ukraynaya qətiyyətli dəstəyidir.
Yeganə


















