"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

MEHRİBAN XANIMI TƏBRİK EDƏRKƏN… – Şuşaya ucalan bütün Azərbaycan qadınlarının ruh paradına…

26 Avqust 2025 - 15:43
in MANŞET

1

FacebookVatsap

Bunu da oxuyun

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

Zaxarova Zelenskinin yalanlarından danışdı

Tramp: İranı darmadağın edirik

ZAHİD ORUC

Azərbaycanın dövlətçilik tarixində 21-ci yüzilin kommunikasiya inqilabı şəraitində idarəetmənin bütün əvvəlki quruluş və formasiyalardan daha çətin tələblər/ çağırışlarla əhatələndiyi bir dövrdə Mehriban Əliyeva özünün qabaqcıl zəkası, fitri istedadı və elitar bir mühitdə böyüməsinə rəğmən müstəsna sadəliyi ilə seçilən ən parlaq azərbaycanlı qadın obrazıdır.

 
Şərqin patriarxal ənənələri və min illərlə formalaşan dominant çərçivələri, xüsusilə də dövlət başçısının-Birinci Şəxsin həyat yoldaşı adını nominal statistik bioqrafiya hadisəsi kimi deyil, dövlət quruculuğunun ayrılmaz atributuna çevirmək, o cümlədən Qərbdə təsisatlandırılmış institutu ən yüksək səviyyəyə qaldırmaq ikinci adama nəsib olmayıb. Müstəqil Azərbaycan rəhbərlərinin ailə üzvlərinin məlum durumunu müzakirəyə çıxarmadan özlərinin liderə çevrilə bilməməsi, Heydər Əliyevinsə Zərifə xanımı erkən itirməsi səbəbilə ölkəmizdə prezident xanımının siyasi kimliyi, dəst-xətti, üslubu və insani xüsusiyyətləri, millət quruculuğuna töhvələri 2003-cü ilə qədər mövcud deyildi.

 

Üstəlik, nəinki Cənubi Qafqazda, eləcə də keçmiş sovet məkanı və sonradan siyasi Qərbin bir parçasına çevirlən sosialist düşərgəsi ölkələrində Mehriban Əliyeva miqyasında öz xalqının-milyondan artıq qaçqını, köçkünü olan bir millətin taleyi ilə yaşayan, onu humanitar, mədəni diplomatiya ilə dünya gündəliyə çıxaran və daha çox siyasi uğurlar qazanan siyasətçi xanım olmayıb. Daşıdığı tituallar- xoşməramlı səfir adları beynəlxalq arenada Romadan Parisə, Vaşinqtondan islam paytaxtlarına qədər böyük bir coğrafiyada Azərbaycanın sivil obrazını, haqq davasını prezidentimizin nümunəsilə aparan və son 5 ilin Qalibiyyət səlnaməsinə əbədi adını yazan da məhz Odur.

 
Mehriban Əliyeva 44 günlük müqəddəs müharibəyə-Vətən savaşına qədər Azərbaycan qadınının-şəhid Anasının, bacısının, həyat yoldaşının və övladının ağrılarını, göz yaşlarını, çəkilməz kədərini, lakin eyni zamanda, qürurunu və əyilməzliyini çiyinlərində daşıyan bir Simadır.

 

Onun liderliyi kitab və yazı hadisəsi olmaqdan çox, ruhi və həyati bir gerçəklik faktıdır.

Vətən müharibəsində Qələbimizin xanım obrazı Mehriban Əliyevadır. Savaşın ilk günlərində, yaralı əsgərləri ziyarət edəndə də, şəhid anaları ilə çiyin-çiyinə hər gün azad edilən torpaqların qürurunu bölüşəndə də, hələ barıt qoxusu çəkilməmiş Zəngilana-yolları minalı ərazilərə Ali Baş Komandanla bir səngərdə addımlayanda da O, bütün azərbaycanlı qadınların mənəvi və ruhi təmsilçisiydi. Məgər Araz vadisinin min illik sularında-yenicə dirilişinə və azadlığına qovuşan, lakin hər zaman parçalanmanın, işğalın, ayrılığın təcəssümünə çevrilən bir məkanda prezidenti müşaiyət etmək, daha sonra hər səfərində Birinci Şəxsin sərkərdəlik məharətini, duyğularını, hislərini, əmr və qərarlarını lentə almaq, tarixin mirasına çevirmək də eyni dərəcədə müqəddəs missiyadır.

 
 

Ona görə də körpəsini Böyük Qayıdışın-Yeni Həyatın əlaməti kimi Mehriban xanımla paylaşan, onu bağrına basan və bir tabloya çevrilən kəlbəcərli Ana da azad torpaqlara əbədi qayıdan bir millətin qadın ordusudur. 32 il öncə Murovdan kiçik vertolyot meydançası ilə birlikdə üzü aşağı yuvarlananlar da onlar olmuşdular. Hər faciə yubileylərində ekranlardan evlərmizə dağılan o səhnələr ümummilli travmanın nişanəsiydi. İndi bir o qədər ucalan qadınlarımız dünyaya gətidikləri oğullarla yüksəliblər, göylərə qalxıblar.

 

Yalnız şəhidlik deyil, həm də döyüşərək, qalib gələrək sağ qalmaq və qalib Vətən qurmaq Şərq qadınının yeni taleyidir. Onu yazanların, yaradanların birincisi dövlət başçısıdırsa, xanımlarımızın çoxəsrlik məğlubiyyət hekayələrini də dəyişdirən Mehriban Əliyevadır. Əslində onun doğum günü xalqına ləyaqətlə xidmət edən və hər zaman həyat yoldaşını bir addım öndə tutan şəxsiyyətin fərdi-tərcümeyi hadisəsi olmaqdan çox bir millətin zərif, lakin qəhrəman yarısının diriliş, qayıdış və dönüş günüdür.

 

Mehriban xanımı təbrik edərkən, Şuşaya ucalan bütün Azərbaycan qadınlarının ruh paradına qoşulmuş olursan. O kameranın obyektivinə düşmək istəmədiyi bütün anlarda belə tarixin və millətin sevgi, ehtiram və inam nəzərlərinin obyektindədir.

 

Qadınlarımızın fərəhi hazırki dünya təhlükələrindən, qlobal savaşlardan tək xilas yoludur. Ən böyük nüvə müharibələrini də dayandıracaq qüvvə məhz xanımlarımızın əbədi həyat ruhu və cismidir.

 

 

Previous Post

Ötən il övladlığa götürülən uşaqların sayı açıqlanıb

Next Post

Ermənistan sülhlə bağlı bu bəndləri qəbul etmirdi

Bənzər yazılar

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

28 İyul 2026 - 17:10

Amerika Prezidenti Donald Tramp İrandakı Nətənz yaxınlığında yerləşən və ABŞ-də "Kirka" adlandırılan Kolanq Qaz-La dağı altında gizlədilən ehtimal olunan yeni...

Zaxarova Zelenskinin yalanlarından danışdı

Zaxarova Zelenskinin yalanlarından danışdı

28 İyul 2026 - 16:00

"Ukrayna lideri Volodimir Zelenski hələ hakimiyyətə gəlməzdən əvvəl Ukraynadakı münaqişəyə son qoymaq barədə yalan danışmış ola bilər". Elchi.az xəbər verir...

Tramp: İranı darmadağın edirik

Tramp: İranı darmadağın edirik

28 İyul 2026 - 10:41

ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamasında "Siz onları məğlub etməlisiniz və biz onları pis şəkildə məhv edirik" dedi. Elchi.az...

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

27 İyul 2026 - 19:52

Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə təmin edilib. Elchi.az xəbər verir ki, bu barədə Əmək...

Next Post

Ermənistan sülhlə bağlı bu bəndləri qəbul etmirdi

İlon Mask Grok 2.5-i açıq mənbə etdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

29 İyul 2026 - 00:23
Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

29 İyul 2026 - 00:16
Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

29 İyul 2026 - 00:15
“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

“Sabah” avrokuboklarda 10-cu qələbəsini qazanıb

28 İyul 2026 - 23:44
Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb

28 İyul 2026 - 23:42
Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

28 İyul 2026 - 22:48
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

28 İyul 2026 - 22:46
Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

Husilər Səudiyyə Ərəbistanına aid tankerə raket hücumu həyata keçirib

28 İyul 2026 - 22:45
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 22:01
Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

Yaponiyada zəlzələyə görə təxminən 300 min nəfər təxliyə ediləcək

28 İyul 2026 - 22:00
“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib

28 İyul 2026 - 21:53
Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

28 İyul 2026 - 21:49
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır

28 İyul 2026 - 21:47
Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

28 İyul 2026 - 19:29
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 19:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.