Almaniya hakimiyyəti ölkənin genişmiqyaslı yenidən silahlanmasına qərar verib.
Elchi.az xəbər verir ki, bu barədə “BZ” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Berlinin məqsədi Avropanın ən güclü ordusunu yaratmaqdır. Almaniya müdafiə xərclərinə görə NATO ölkələrini qabaqlamağı planlaşdırır. Hakimiyyət silahların alınması üçün 60-dan çox müqaviləni nəzərdən keçirməyə hazırlaşır.
Bundesver “Eurofighter” qırıcılarını və “Boxer” zirehli maşınlarını alacaq. Hakimiyyət hərbi texnikanın əhəmiyyətli hissəsini alman istehsalçıları KNDS və Rheinmetall-dan almaq niyyətindədir.
Almaniya 2031-ci ilə qədər 18 yaşlı könüllülərin sayını hər il 40 000 nəfərə çatdırır. Avqustun sonunda Almaniya hökumətinə Alman ordusunu daha güclü edəcək qanun layihəsi təqdim olunacaq.
Yeganə


















