Fələstinin HƏMAS qruplaşması müstəqil Fələstin dövləti qurulmayana qədər silahlarını yerə qoymayacağını bildirib.
Elchi.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Qrup öz bəyanatında bildirib ki, silahlı müqaviməti milli hüquqlarımızın tam bərpasından başqa başa çata bilməz, bunlardan ən mühümü paytaxtı Qüds olan müstəqil, tam suveren Fələstin dövlətinin yaradılmasıdır.
HƏMAS və İsrail arasında Qəzzada 60 günlük atəşkəsin və girovların azad edilməsinə dair razılaşmanın təmin edilməsi məqsədi daşıyan dolayı danışıqlarda keçən həftə dalana dirənib.
Bir sıra Qərb ölkələri bundan əvvəl Fələstini tanımağa hazır olduqlarını bildiriblər.
Yeganə


















