Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta iyulun 24-də Çinə səfər edəcəklər.
Elchi.az-ın xəbərinə görə, Çin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, səfər Çin və Aİ arasında əldə olunan razılaşmalara uyğun olaraq həyata keçirilir.
İyulun 18-də Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində yeddi Çin və dörd türk şirkətinə məhdudiyyətlər qoyub.
İyulun 8-də Ursula fon der Leyen Çini Rusiya ilə əməkdaşlığa və Ukrayna münaqişəsindəki mövqeyinə görə tənqid edib.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Çin Xarici İşlər Nazirliyinin rəhbəri Van Yi ilə görüşdən əvvəl Çin şirkətlərini Moskva ilə əməkdaşlığa görə tənqid edib.
Yeganə


















