"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar”

21 İyul 2025 - 12:19
in GÜNDƏM

kreml

FacebookVatsap

İyunun 27-də Yekaterinburqda xüsusi təyinatlı polislərin azərbaycanlılara qarşı kütləvi zorakılığı və iki nəfərin ölümü, onlarla şəxsin fiziki xəsarətlər almasına səbəb olan hadisələrlə bağlı yeni iddia ortaya atılıb.

Bunu da oxuyun

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Elchi.az xəbər verir ki, həmin gün verilən açıqlamada bu basqın və qətliamın guya 2001-ci ildə baş verən qətl hadisəsi ilə əlaqədar olduğu bildirilsə də, sonradan Azərbaycan diaspor rəhbərlərinin vətəndaşlıqdan çıxarılaraq, deport edilməsi, həbsləri, küçədə zorakılıqla saxlanılması və s. Yekaterinburqun “başlanğıc” olduğu, göstərişin yuxarıdan gəldiyi və bütün Rusiyanı əhatə etdiyini üzə çıxardı. Ancaq bunun səbəbini izah etmək mümkün deyil.

Siyasi planda hər şey aydındır: Azərbaycan AZAL təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, üzr istənilməsi və zərərşəkənlərə kompensasiyanın ödənilməsini tələb edir. Rusiya isə bu tələblərdən yayınaraq, eyni zamanda, regional maraqlarını təmin etmək üçün Azərbaycana bir neçə istiqamətdə təzyiqlərə çalışır: Yekaterinburq hadisələrinin davamı olaraq – ölkəmizdən idxal etdiyi meyvə-tərəvəzlərdə “viruslar”, “ziyanvericilər” tapır və qadağalar tətbiq edir, azərbaycanlı iş adamlarını və diaspor rəhbərlərini heç bir səbəb olmadan saxlayır və deport və ya həbs edir, azərbaycanlıların biznes mərkəzlərində qəfil yoxlamalar aparır və s.

Ötən gün isə Kremlin təbliğat-təşviqat telekanalı “Tsarqrad” yanvar ayından başladıqları və bir aydır genişləndirdikləri təbliğat-təzyiq kampaniyasına yeni “çalar” əlavə edib. Yazıb ki, guya Ukrayna Təhlükəsizlik Xidmətinin “Hörümçək toru” xüsusi əməliyyatına Azərbaycan xüsusi xidmət orqanları Rusiyadakı diasporlarından istifadə edərək dəstək verib.

“Kəşfiyyatımıza məlum olub ki, Azərbaycan xüsusi xidmət orqanları Rusiyadakı diasporlarından istifadə edərək, “Hörümçək toru” əməliyyatının həyata keçirilməsində Ukrayna xüsusi xidmət orqanlarına kömək edib. Bəli, bəli, söhbət məhz bu yaxınlarda Rusiya ərazisində həyata keçirilən və Rusiya Aerokosmik Qüvvələrinin strateji aviasiyasını məhv etmək məqsədi daşıyan əməliyyatdan gedir. Məhz Azərbaycan diasporu öz biznes imkanlarından, bazar infrastrukturundan və anbarlarından istifadə edərək logistika və malların daşınmasını həyata keçirməyə kömək edib”, – məlumatda deyilib.

Kremlin direktivləri ilə təbliğat aparan nəşr bu qədər ağır ittihamların təsdiqi kimi heç bir fakt təqdim etməyi lazım bilməyib: bircə sübut, fakt yoxdur ki, Azərbaycan diaspor nümayəndələrinin hansısa kəşfiyyata işlədiyi sübut edilsin.

Digər tərəfdən, Azərbaycan xüsusi-xidmət orqanlarının bu cür əməliyyatlarda adını hallandırmaq təkcə dövlətlərarası etik siyasi normaları aşmaq deyil, həm də qeyri-peşəkarlıqdır. “Tərəfdaş ölkə” sayılan Azərbaycanın xüsusi xidmət orqanının “düşmənlə birgə” çalışdığı haqda informasiya yaymaq üçün Rusiya təkzibedilməz sübutlara malik olmalı və bu, ilk növbədə müvafiq strukturlar arasında müzakirə edilməli idi. Bunun əvəzində isə Azərbaycanı sübutsuz-arqumentsiz şərləmək və antitəbliğatı genişləndirmək yolu tutulub.

Kremlin göstərişini yerinə yetirən nəşr faşist-raşist qərarını tələsik elan da edib və görünür ki, diaspora qarşı bu hücumun əsl hədəfi başqadır.

Nəşr açıq şəkildə yazır ki, buna görə də (guya) “Azərbaycan xüsusi xidmət orqanlarının rezidenti olan” diasporların “zərərsizləşdirilməsinə” başlanılıb:

“Onlar sözün əsl mənasında hazırda Ukrayna ilə sıx əlaqədə olan Azərbaycan xüsusi xidmət orqanlarının rezidentidir. Xüsusi xidmət orqanları arasında hərəkətləri əlaqələndirmək üçün Ukrayna Təhlükəsizlik Xidməti, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin nümayəndələri daimi olaraq Azərbaycandadır və gördüyümüz kimi, koordinasiya konkret olaraq Rusiyaya qarşı aparılır. Deyilənlərin dolayı təsdiqi Rusiyadakı Azərbaycan diasporlarına qarşı təmizləmələr başlayandan sonra Bakının isterikaya düşməsi və Ukraynada vətəndaşları öldürüləndə susmasıdır. Ümumiyyətlə, nəticə belədir: Rusiyadakı diasporlar ləğv edilməlidir. Diasporlar olmamalıdır. Onlar məhv edilməli və qanunvericilik səviyyəsində qadağan edilməlidir, çünki bu, dövlət təhlükəsizliyi məsələsidir. Nə Azərbaycan, nə özbək nə də başqa diasporlar olmalıdır”.

Yeri gəlmişkən: Ukraynada bir neçə gün öncə məhz “Hörümçək toru” əməliyyatının hazırlanmasında müstəsna xidmətləri olan polkovnik İvan Voroniçin azərbaycanlı ər-arvad sui-qəsdçilər tərəfindən qətlə yetirildiyi haqda məlumat yayıldı. Ukrayna kəşfiyyatı bildirdi ki, Xaqani Gülalizadə və Nərmin Quliyeva FSB-nin tapşırığını yerinə yetiriblər.

Ər-arvadın Azərbaycan vətəndaşı olduqları vurğulandı və şəxsiyyət vəsiqələrinin surəti də paylaşıldı. Ancaq azərbaycanlı ər-arvadın FSB-nin tapşırığı ilə Kiyevdə qətl törətməsi hadisəsi qətiyyən Azərbaycan və Azərbaycan xüsusi xidmət orqanları ilə bağlanmadı. Çünki hər iki ölkədə azərbaycanlı da yaşayır və müharibədə yaşadıqları ölkə tərəfdən iştirak edirlər, bunun Azərbaycana heç bir aidiyyəti yoxdur, normal təfəkkür bunu belə də qəbul edir.

Rusiya təbliğat orqanları hətta bu hadisənin “analoqu” səviyyəsində fakt da təqdim etmədən, Azərbaycanı suçlamağı öz ləyaqətinə sığışdırırsa, demək, Rusiyanın təbliğat orqanları ciddi inam, ləyaqət və normal məntiq problemi yaşayır.

Previous Post

Azərbaycanda bu il karbamid istehsalının artırılması planlaşdırılıb

Next Post

Füzulidə qanunsuz tikililər söküldü – Video

Bənzər yazılar

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

29 Oktyabr 2026 - 13:27

Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə nəticələnən faciəli hadisə və bundan sonra baş...

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumla bağlı bu ölkəyə başsağlığı verib. Elchi.az xəbər verir ki, bu...

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

24 Oktyabr 2026 - 11:39

Sabah Bolqarıstanda prezident və vitse-prezident seçkiləri üzrə səsvermə keçiriləcək. Elchi.az xəbər verir ki, prezident və vitse-prezident vəzifələri uğrunda 27 namizəd cütlüyü...

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

23 Oktyabr 2026 - 12:29

Fərhad Qurban oğlu Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb....

Next Post

Füzulidə qanunsuz tikililər söküldü - Video

Bu yük avtomobilləri yol vergisindən azad olundu

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.