"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezident tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib

18 İyul 2025 - 12:26
in SİYASƏT

İlham eıiyev

FacebookVatsap

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

Bunu da oxuyun

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

Elchi.az xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Ağdam Sənaye Parkı haqqında məlumat verdi.

Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Parkın yaradılmasından məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.

Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə verilib. “Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin açılması ilə Parkda fəaliyyət göstərən müəssisələrin sayı 10-a çatıb.

Qeyd edək ki, hazırda ölkədə 9 sənaye parkı var. Bunlar Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Naxçıvan, Hacıqabul, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarıdır. Bununla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi yaradılıb.

Sonra “Tabaterra” MMC-nin direktoru Elman Cavanşir dövlətimizin başçısına müəssisə barədə məlumat verdi.

Bildirildi ki, Ağdam Sənaye Parkında 5,5 hektar ərazidə “Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsi yaradılıb. Layihəyə 58 milyon manat investisiya yatırılıb. “Tabaterra” MMC öz məhsulları ilə yanaşı, “British American Tobacco”, “Japan Tobacco International” və “Imperial Brands” şirkətlərinə məxsus beynəlxalq brendləri lisenziya əsasında istehsal edir. MMC-də 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarının tətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur. İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirliklərinə, Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir. Hazırda “Tabaterra” MMC həm yerli, həm də “British American Tobacco” və “Japan Tobacco International” şirkətlərinə məxsus xarici brendlərin ixracını həyata keçirir.

Müəssisə sənaye parkının rezidenti kimi vergi, gömrük və digər güzəştlərdən faydalanır. Hazırda burada 400 nəfər çalışır. Şirkət 300-dək işçinin Ağdam şəhərinə köçürülməsini nəzərə alaraq, onların yaşayış təminatını qarşılamaq üçün “Ağdam Residence” yaşayış kompleksində 208 mənzilin alınmasına sərmayə yatırıb və əməkdaşların işlədiyi dövr ərzində ödənişsiz olaraq onların istifadəsinə verib.

Keçən ilin nəticələrinə görə, “Tabaterra” MMC qeyri-neft və özəl sektor üzrə qabaqcıl ixracatçı, eyni zamanda, qeyri-neft sektorunda ən iri vergi ödəyicisi olub.

Tütün əkininin və emalının həyata keçirilməsi məqsədilə təsis edilmiş “Tabaterra Leaf” MMC 2021-ci ildə “Azərtütün” ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsinin qalibi olub və infrastrukturun modernləşdirilməsi, yerli tütünün keyfiyyətinin artırılması məqsədilə 15 milyon manat məbləğində sərmayə yatırıb. “Tabaterra Leaf” MMC hazırda Şəki, Qax, Zaqatala, Balakən rayonlarının ərazisində tütün əkini və emalı ilə məşğul olur. Şirkətin tərkibində tütün qəbulu və emalı məntəqələri, istixanalar və illik istehsal gücü 3 min ton olan Tütün Emalı Zavodu mövcuddur. “Tabaterra Leaf” MMC tərəfindən 2027-ci ildən başlayaraq Qubadlı rayonunda 500 hektar ərazidə tütün əkini və emalı ilə əlaqədar lazımi infrastrukturun qurulması üçün əlavə investisiya yatırılması nəzərdə tutulur. “Tabaterra” MMC-nin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr iqtisadi fəallığın artırılmasına, sənayenin və kənd təsərrüfatının inkişafına, regionun ixrac potensialının artırılmasına, məşğulluğun təmin olunmasına töhfə verir. Bu layihələrin ümumi investisiya dəyəri 79 milyon manat təşkil edir.

Prezident tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edibPrezident tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edibPrezident tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edibPrezident tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edibPrezident tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edibPrezident tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edibPrezident tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edibPrezident tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edibPrezident tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edibPrezident tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edibPrezident tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edibPrezident tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edibPrezident tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edibPrezident tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib
Previous Post

“Mançester Yunayted” yeni məşq bazasını istifadəyə verəcək

Next Post

Bakıda 39, rayonlarda 41 dərəcə isti olacaq

Bənzər yazılar

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrik məktubunda deyilir:...

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 - 21:40

ABŞ Prezidenti Donald Tramp immiqrantların Mərakeşdən İspaniyaya qanunsuz daxil olmasını fəlakət və işğal kimi xarakterizə edib. Elchi.az bu barədə xarici mediaya...

Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

31 İyul 2026 - 19:29

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb. Bu barədə Elchi.az-a...

Sahibə Qafarova Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib

Sahibə Qafarova Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib

31 İyul 2026 - 18:55

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 31-də Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Midrand şəhərində Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında...

Next Post

Bakıda 39, rayonlarda 41 dərəcə isti olacaq

İnternet modemlərin Azərbaycana buraxılmaması istiqamətində danışıqlar aparılır

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Britaniyada quraqlıq kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olub

Britaniyada quraqlıq kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olub

01 Avqust 2026 - 18:27
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb

UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb

01 Avqust 2026 - 18:14
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb

İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb

01 Avqust 2026 - 17:26
​​​​​​​İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq

​​​​​​​İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq

01 Avqust 2026 - 16:35
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 16:30
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür edib

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

01 Avqust 2026 - 15:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi vəgeoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi vəgeoiqtisadi məkan

01 Avqust 2026 - 15:07
İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

01 Avqust 2026 - 14:46
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.