Almaniya Federal Statistika İdarəsi ölkədə 17 milyon insanın tək yaşadığını bildirib.
Elchi.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) açıqlamasına görə, ölkədə hər beş nəfərdən biri tək yaşayır.
Bu rəqəm ölkə əhalisinin 20,6 faizini təşkil edir.
Almaniyada tək yaşayan 65 yaşdan yuxarı insanların nisbəti 34 faiz, 85 yaşdan yuxarı olanların isə 56 faizidir.
Tək yaşayan 25-34 yaş arası insanların nisbəti də 28 faizdir.
Hesabatda qeyd olunub ki, Almaniyada tək yaşayanların nisbəti Avropa İttifaqı (Aİ) ölkələri üzrə orta göstəricidən 16,2 faiz yüksəkdir. Yalnız Litva (27 faiz), Finlandiya (25,8 faiz), Danimarka (24,1 faiz), Estoniya (22,3 faiz) və İsveç (22,2 faiz) təkbaşına yaşamaq nisbətinə görə Almaniyanı üstələyir.
Şayəstə Hüseynova


















