İyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaranın ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.
Elchi.az xəbər verir ki, memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir imzalayıblar.


















