Ukrayna-Rusiya müharibəsi səngimək bilmir. Fransanın Baş Qərargah rəisi Thierry Burkhard bəyan edib ki, Rusiya Fransanı “Avropada özünün əzəli düşməni” hesab edir.
Elchi.az “İhlas” xəbər agentliyinə istinadən xəbər verir ki, Fransanın Baş Qərargah rəisi Thierry Burkhard paytaxt Parisdə Müdafiə Nazirliyində mətbuat konfransı keçirib. Burkhard bildirib ki, Rusiya Fransanı “Avropada əzəli düşməni” kimi görür.
Burkhard Rusiyanın Parisə əsas düşməni kimi baxmasının əsasən 2022-ci ilin fevralında başlayan müharibədə Fransanın Ukraynaya verdiyi dəstəkdən qaynaqlandığını bildirib və əlavə edib : ” Bu Putinin bəyanatı idi”.
Burkhard vurğulayıb ki, Fransa indi bir neçə cəbhədə Rusiyaya qarşı özünü müdafiə etməlidir. O, izah edib ki, Rusiya peyklərinin kosmosdakı manevrləri “onların peyklərinin orbitlərinə müdaxilə etmək və onlara nəzarət etmək” məqsədi daşıyır. O qeyd edib ki, Rusiya nüvə sualtı qayıqları Fransa və Böyük Britaniya üçün vacib olan əraziləri izləmək üçün müntəzəm olaraq Şimali Atlantika və Aralıq dənizlərinə daxil olur. O, həmçinin qeyd edib ki, Qara dəniz, Suriya, Aralıq dənizi və bəzən Şimali Atlantika üzərində Rusiya təyyarələri ilə tez-tez atışmalar olur.
Burkhard deyib ki, Fransa hazırda Rusiya tərəfindən birbaşa hücum təhlükəsi altında deyil, lakin Putinin hibrid müharibə aparmaq üçün dezinformasiya, kiberhücumlar və casusluq da daxil olmaqla bir çox başqa variantları var. Burkhard bildirib ki, bütün bunlar Rusiya tərəfindən hazırda “güclü təhlükə ” kimi həyata keçirilən fəaliyyətlərdir, o cümlədən dənizaltı infrastrukturun təxribatı, Fransada dezinformasiya kampaniyaları və casusluq.
Nuranə Məmmədova


















