"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

NK-dan filmlərin istehsalı üçün çəkilən xərclərlə bağlı qərar

07 İyul 2025 - 17:22
in CƏMİYYƏT

Nazirlər Kabineti

FacebookVatsap

“Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları” təsdiq edilib.
Elchi.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qaydalar filmlərin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş birbaşa məqbul xərclərin dövlət büdcəsindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsə (bundan sonra – Agentlik) ayrılan vəsait hesabına qismən geri ödənilmə şəklində maliyyələşdirilməsi və qismən geri ödənilmə ilə bağlı müsabiqələrin təşkili və keçirilməsi qaydalarını müəyyən edir. Bu Qaydalara əsasən həyata keçirilən qismən geri ödənilmələr üçün zəruri vəsait hər ilin dövlət büdcəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında Agentliyə ayrılır.
Bu Qaydalar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xarici və ya birgə istehsal olunan aşağıdakı audiovizual əsərlərə şamil edilir:
– film;
– reklam;
– televiziya şouları (xarici ölkələrdə yayımlanacağı halda);
– internet video oyunları.
Qismən geri ödənilmə film istehsalı zamanı filmin istehsalçısının birbaşa məqbul xərclərini əhatə edir. Bu Qaydaların məqsədləri üçün film istehsalı dedikdə, filmin çəkilişi (prodakşn) və filmin çəkilişinin tamamlanması (post-prodakşn) mərhələləri başa düşülür. Məqbul və qeyri-məqbul xərclərin siyahısı və xərc elementləri daxilində məhdudiyyətlər bu Qaydaların 1 nömrəli əlavəsi ilə müəyyən olunur.
Bu Qaydalara əsasən filmlərin istehsalı üçün çəkilmiş xərclərin aşağıdakı hissəsi qismən geri ödənilmə qaydasında maliyyələşdirilə bilər:
Nəzərdə tutulmuş əsas şərtlərə cavab verdikdə, filmin istehsalı üçün Azərbaycan Respublikasında mal, iş və xidmətlərin alınmasına xarici istehsalçı tərəfindən çəkilmiş xərclərin (bundan sonra – çəkilmiş xərclər) 25 faizi məbləğində;
– bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş əlavə mədəniyyət meyarlarının (bundan sonra – əlavə mədəniyyət meyarları) azı üçünə cavab verdikdə, çəkilmiş xərclərin 15 faizi məbləğində.
Janrından və müddətindən asılı olmayaraq, bir film üzrə təqvim ili ərzində qismən geri ödənilə biləcək məbləğin maksimum həddi 1000000 (bir milyon) ABŞ dolları təşkil edir. Ödəniş ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində edilir.
Qismən geri ödənilmə ilə bağlı müraciət edən şəxs xarici filmlər üçün – filmin xarici istehsalçısının Azərbaycan Respublikasında əməkdaşlıq etdiyi, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs və ya xarici film istehsalı xidməti göstərən hüquqi şəxslərin Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş filialları, birgə istehsal filmləri üçün isə – filmin yerli birgə istehsalçısı olmalıdır.
Barəsində qismən geri ödənilmə üçün müraciət edilən film Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmamalıdır.
Aşağıdakı əsas şərtlərin hər birinə cavab verən filmlərlə bağlı qismən geri ödənilmə üçün müraciət edilə bilər:
– filmin istehsalı mərhələsi üçün xarici filmin istehsalçısının (birgə istehsal filmləri üçün – xarici istehsalçının) müvafiq təqvim ili ərzində Azərbaycan Respublikasında çəkdiyi təsdiqlənmiş xərclərinin minimum məbləği aşağıdakı kimi olmalıdır:
– bədii filmlər üçün – 200000 (iki yüz min) ABŞ dolları;
– sənədli filmlər üçün – 50000 (əlli min) ABŞ dolları;
– animasiya filmləri üçün – 100000 (yüz min) ABŞ dolları;
– çoxseriyalı film üçün (bir seriyaya görə) – 70000 (yetmiş min) ABŞ dolları;
– televiziya şouları üçün – 100000 (yüz min) ABŞ dolları;
– reklam üçün – 30000 (otuz min) ABŞ dolları;
– internet video oyunları üçün – 30000 (otuz min) ABŞ dolları;
– yalnız filmin çəkilişinin tamamlanması mərhələsi üçün – 70000 (yetmiş min) ABŞ dolları;
– çəkilmiş xərclər bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş tələblərə uyğun olaraq Azərbaycan Respublikasında vergi uçotuna alınmış hüquqi və ya fiziki şəxslərə, habelə işçilərə pul formasında ödənilmiş olmalı, bütün ödənişlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilməlidir;
– bədii, sənədli, animasiya və ya çoxseriyalı filmin çəkilişi mərhələsində təqvim ili ərzində azı 5 (beş), reklamın çəkilişi mərhələsində təqvim ili ərzində azı 2 (iki) çəkiliş günü Azərbaycan Respublikasının ərazisində təbii şəraitdə və ya studiyalarda çəkiliş aparılmalı (animasiya filmlərində – animasiya işləri aparılmalı), yaxud filmin çəkilişinin tamamlanması mərhələsinin bir hissəsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilməlidir;
– Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı əsas yaradıcı və texniki rollardan azı birində filmin çəkiliş qrupunda iştirak etməlidirlər:
– filmlərə və televiziya şoularına münasibətdə – filmin ikinci rejissoru, prodüseri, ikinci rol aktyoru (azı bir nəfər), köməkçi operatoru, istehsal səs mikseri ustası, redaktoru, quruluşçu rəssamı, quruluşçu və ya kostyum dizayneri;
– ümumi büdcənin ən azı 40 faizi məbləğində vəsait çəkiliş heyətində iştirak edəcək Azərbaycan Respublikası vətəndaşlarının əməyinin və ya xidmətlərinin ödənilməsi ilə bağlı xərclənməlidir.
Qismən geri ödənilmə şəklində maliyyələşmə illik müsabiqələr əsasında, “ilk müraciət edən ilk maliyyələşir” prinsipi əsasında, yəni təsdiqlənmiş müraciətlərin xronoloji ardıcıllığı ilə, müvafiq il üçün müəyyən olunmuş ümumi büdcə daxilində həyata keçirilir. Birgə film istehsalı zamanı xarici film istehsalçısının birgə istehsal filminin xərclərindəki iştirak payına mütənasib hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasında çəkilmiş xərclərin bu Qaydalara uyğun müəyyənləşdirilmiş hissəsi geri ödənilir.
Barəsində qismən geri ödənilmə şəklində maliyyələşdirmə üçün müraciət edilən film, vergi güzəştləri və azadolmaları istisna olmaqla, Azərbaycan Respublikası tərəfindən hər hansı təşviq mexanizmindən yararlanmamalı və ya digər qaydada maliyyələşdirilməməlidir.
Film Komissiyası müsabiqə elanı zamanı tətbiq edilən təminatları əvvəlcədən müəyyənləşdirməli və elan etməlidir.
Əlavə mədəniyyət meyarlarına əsasən barəsində qismən geri ödənilmə alınmış filmin yayımlanmasından əvvəl müvafiq bank zəmanəti təqdim edilməlidir.
QərarlamMəqbul və qeyri-məqbul xərclərin siyahısı və məhdudiyyətlərin siyahısı müəyyənləşib.
Məqbul və qeyri-məqbul xərclərin siyahısı və məhdudiyyətlər
Sıra
№-si    Kateqoriya    Məqbul və qeyri-məqbul xərclər    Məhdudiyyətlər
1.    Kamera, işıq avadanlıqları və film çəkilişi üçün digər texniki avadanlıqların icarəsi ilə bağlı
xərclər    məqbul    ümumi büdcənin 10
faizindən az, 50 faizindən çox olmamalı
2.    Dekor və kostyumların tərtibatı və ya icarəsi ilə bağlı xərclər    məqbul    ümumi büdcənin 10
faizindən az, 50 faizindən çox olmamalı
3.    Çəkiliş və heyət xərcləri    məqbul    ümumi büdcənin 40 faizindən az olmamalı
4.    Çəkiliş məkanlarının, studiyaların, səhnələrin, tədbir zallarının icarəsi ilə bağlı xərclər    məqbul    ümumi büdcənin 10 faizindən çox olmamalı
5.    İstehsal sonrakı xidmət xərcləri    məqbul    ümumi büdcənin 20 faizindən çox olmamalı
6.    Müəllif hüquqları və ya əlaqəli hüquqlar ilə bağlı xərclər    məqbul    
7.    İncəsənət və yaradıcılıqla bağlı digər xərclər    məqbul    
8.    Səyahət, yaşayış və yemək xərcləri    məqbul    ümumi büdcənin 15 faizindən çox olmamalı
9.    Film büdcəsində əksini tapan digər zəruri xərclər    məqbul    ümumi büdcənin 10 faizindən çox olmamalı
10.    İnzibati xərclər    qeyri-məqbul    
11.    Əlaqəsiz xərclər    qeyri-məqbul    
12.    Əsassız və ya şişirdilmiş xərclər    qeyri-məqbul    
13.    Müraciətdən əvvəl çəkilmiş xərclər    qeyri-məqbul    
14.    Amortizasiya    qeyri-məqbul    
15.    Qeyri-rəsmi xərclər    qeyri-məqbul    
16.    Azərbaycanda və ya xaricdə
çəkildiyi qeyri-müəyyən olan, habelə dəqiq bölünə bilinməyən xərclər    qeyri-məqbul    
17.    Bank faizləri və digər maliyyələşmə xərcləri    qeyri-məqbul    

Bunu da oxuyun

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Diqqət! Bakıda bu yollar bağlıdır

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

 

Previous Post

Rayonlara leysan yağacaq – Xəbərdarlıq

Next Post

Yeni Zelandiyada 6,3 bal gücündə zəlzələ baş verib

Bənzər yazılar

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

13 Sentyabr 2026 - 12:35

Sentyabrın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında cənub küləyi...

Diqqət! Bakıda bu yollar bağlıdır

Diqqət! Bakıda bu yollar bağlıdır

13 Sentyabr 2026 - 10:21

Təmir işləri ilə əlaqədar paytaxtın Xətai rayonunda 3 ünvanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur. Elchi.az xəbər verir ki, bu...

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

13 Sentyabr 2026 - 10:00

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Elchi.az xəbər verir ki, bu...

Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32

16 sentyabr saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş...

Next Post

Yeni Zelandiyada 6,3 bal gücündə zəlzələ baş verib

İşdən çıxarılan Rusiya naziri intihar etdi!

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

13 Sentyabr 2026 - 12:51
Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

13 Sentyabr 2026 - 12:35
“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

13 Sentyabr 2026 - 11:00
Diqqət! Bakıda bu yollar bağlıdır

Diqqət! Bakıda bu yollar bağlıdır

13 Sentyabr 2026 - 10:21
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

13 Sentyabr 2026 - 10:00
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.