"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Yerli buğda istehsalçılarının diqqətinə!

30 İyun 2025 - 20:14
in İQTİSADİYYAT

Bugda

FacebookVatsap

Dövlət Ehtiyatları Agentliyi bu il sentyabrın 1-nə qədər yerli buğda istehsalçılarından 2024-cü ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edib.

Bunu da oxuyun

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Elchi.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, tədarük ediləcək ərzaqlıq buğda AZS 888:2025 “Buğda. Texniki şərtlər” standartında qeyd edilən I, II və III sinif buğdaya aid bütün keyfiyyət göstəricilərinə, habelə “Qida təhlükəsizliyi haqqında” qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir. Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğunu müvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar təsdiq etməldiir.

Tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyət göstəriciləri əlavə olaraq yoxlanılacaq, keyfiyyət tələblərinə cavab verməyən ərzaqlıq buğda qəbul edilməyəcək.

Bildiririk ki, ərzaqlıq buğdanın qəbul məntəqələrinə çatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir.

“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” ölkə Prezidentinin 19 iyul 2022-ci il tarixli fərmanına uyğun pilot layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqavilələrə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslərin təhvil verdiyi ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq ediləcək. Sözügedən təsərrüfatlarda təhvilverilmə dövründə ərzaqlıq buğdanın orta idxal statistik göstəricisi Nazirlər Kabinetinin 23 iyun 2025-ci il tarixli sərəncamında müəyyən edilən 400 manat dövlət tədarük qiymətindən az olduğu hallarda aradakı fərqin proqrama qoşulan istehsalçılara kompensasiya edilməsi məqsədilə məhsul subsidiyası əmsalını Aqrar Subsidiya Şurasının yeniləməsi nəzərdə tutulub.

Yuxarıda qeyd olunan tələblərə cavab verən ərzaqlıq buğda üzrə satış təkliflərinin akkreditasiya olunmuş laboratoriyanın təsdiq etdiyi keyfiyyət göstəriciləri də əlavə edilməklə office@dea.gov.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

 

Previous Post

İspaniyada rekord dərəcədə istilik qeydə alınıb

Next Post

Özbəkistan prezidenti Azərbaycana gəlir

Bənzər yazılar

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 627,8 mln. manat dəyərində...

Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

17 Oktyabr 2026 - 10:30

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. Elchi.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun...

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

17 Oktyabr 2026 - 10:00

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Elchi.az xəbər verir ki, 2026-cı ilin noyabr ayında çatdırmaq...

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

16 Oktyabr 2026 - 19:16

Türkan qəsəbəsi, Türkan bağları və Hövsan qəsəbəsinin “Quşçuluq” yaşayış massivi ərazisində yaşayan sakinlərin ictimai nəqliyyata tələbatı nəzərə alınaraq oktyabrın 18-dən...

Next Post

Özbəkistan prezidenti Azərbaycana gəlir

Putin: İnsanları evlərinə qaytarmaq üçün...

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

17 Oktyabr 2026 - 12:48
Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

17 Oktyabr 2026 - 12:15
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

17 Oktyabr 2026 - 12:02
Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

17 Oktyabr 2026 - 11:39
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

17 Oktyabr 2026 - 11:21
9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

17 Oktyabr 2026 - 11:10
FIFA Türkiyə klubuna transfer qadağası qoydu

FIFA Türkiyə klubuna transfer qadağası qoydu

17 Oktyabr 2026 - 10:56
Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

17 Oktyabr 2026 - 10:54
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

17 Oktyabr 2026 - 10:42
Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

17 Oktyabr 2026 - 10:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.