İyunun 2-də Bərdə rayonu Qaraməmmədli kəndi yaxınlığından keçən yolda Azərbaycan Ordusuna məxsus “Kamaz” markalı avtomobil aşıb.
Elchi.az xəbər verir ki, bu barədə Teleqraf–a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, hadisə “Mersedes” markalı avtomobilin hərbi kolona daxil olması nəticəsində baş verib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.


















