Fələstin futbolunun əfsanəvi adlarından olan “Muhammed Barakat” İsrailin bombardmanları zamanı Xan Yunisdəki evinin vurulması nəticəsində həyatını itirib.
Elchi.az “Haber Globala”a istinadən xəbər verir ki, karyerasında 114 qol vuran 39 yaşlı Fələstinli futbol əfsanəsi “Muhammed Barakat” İsrailin hücumu nəticəsində həlak olub.
Xan Yunisdəki evinə bomba düşərək öldüyü açıqlanan futbolçu Fələstin futbolunun ən yaxşı hücumçularından sayılırdı.
Fələstində və İordaniyada bir çox komandada çıxış edən”Muhammed Barakat “meydandan kənarda mehriban insan kimi tanınırdı.
Nuranə Məmmədova