“Bazar ertəsi günortadan sonra NATO-nun Brüsseldəki qərargahında İsveç bayrağı qaldırılacaq. Bu, NATO üzvlüyünün başlanğıcını qeyd edəcək”, – bəyanatda deyilir.
Elchi.az “TV4 Nyhetern”-a istinadən xəbər verir ki, İsveç rəsmi olaraq martın 11-də Şimali Atlantika Alyansına üzv olacaq.
Baş nazir Ulf Kristersson və İsveç Silahlı Qüvvələrinin Ali Baş Komandanı Mikael Büden ölkənin NATO-ya qəbulu ilə bağlı imzalanma mərasimində iştirak edəcəklər.
Qeyd edək ki, martın 5-də Macarıstan prezidenti Tamas Szujok İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya edib. Budapeşt ölkənin alyansa qoşulmasına mane olan blokun sonuncu üzvü olub.
Havar Şəfiyeva