Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının üzvlərini ABŞ-ın Yaxın Şərqdəki vəziyyətə nəzarət etdikləri barədə bəyanatına inanmamağa çağırıb. Elchi.az onun sözlərini TASS-a istinadən yazır.
“Mən bir daha BMT-nin təhlükəsizlik şurasının üzvlərini Vaşinqtonun hər şeyə nəzarət etdiyinə dair nəsihətlərə uymamağa çağırmaq istərdim” – deyə o bildirib. Bundan əlavə, Fələstin dövlətinin yaradılması məsələsini təxirə salmağa ehtiyac yoxdur, deyə XİN rəhbəri əlavə edib.
Qeyd edək ki, Lavrov bundan əvvəl ABŞ prezidenti Co Baydenə Yaxın Şərqdəki münaqişənin həlli üçün siyasi prosesi monopoliyaya almamağı tövsiyə edib.
Havar Şəfiyeva