Danimarka kraliçası II Marqret 52 il taxtda qaldıqdan sonra taxt-tacı oğlu, vəliəhd şahzadə Frederikə buraxdığını açıqlayıb.
Elchi.az xəbər verir ki, 52 ildir Danimarka taxtında olan kraliça II Marqret taxtdan imtina etdiyini açıqlayıb.
Bu, 50 ildən sonra Danimarkada bir ilk olacaq.
Kraliça II Marqret Danimarka xalqının yeni ilini qeyd etmək üçün ilin ilk günü canlı yayımda taxtdan imtina edəcəyini açıqlayıb və “Tacımı çıxarıb oğlum vəliəhd şahzadə Frederikə təhvil verəcəyəm” deyib. 1972-ci ildə atası Kral IX Frederikin ölümündən sonra taxta çıxan Kraliça yanvarın 14-də taxt-tacı oğlu Frederikə həvalə edəcək. Danimarka taxtını 50 ildən sonra yenidən Kral idarə edəcək.
Nuranə Məmmədova