"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Söyün Sadıqov Abbas Abbasovu ittiham etdi

26 Fevral 2015 - 10:07
in GÜNDƏM
FacebookVatsap

“AzerRos”un fəxri prezidenti “Milyarderlər İttifaqı”nın əsas fiquruna şərt qoydu: “Xalqdan üzr istə və öz əlaltılarınla img1753903çıx get!…”

Bunu da oxuyun

“Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

İtaliya hərbçiləri Azərbaycana səfər edib

“O, özünü ağsaqqal kimi aparmadı, təxribatçı kimi öz talantını bir daha göstərdi”, “Bu adam çoxdan xalqdan ayrı düşən, öz xalqını, vətənini sevməyən kosmopolit birisidir…”; “Martın 6-dakı qurultayda Rusiyanın dövlət idarələrindən tələb edəcəyik ki…”

 
Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti –  “AzerRos”un ətrafında situasiya mürəkkəb olaraq qalır. Yada salaq ki, qurumun fəxri prezidenti Söyün Sadıqov az öncə verdiyi açıqlamasında martın 6-na təyin edilmiş qurultayla bağlı bütün narazı tərəfləri, o cümlədən Abbas Abbasovçuları bir araya gələrək, ali tədbirin “birləşdirici” olması üçün səy göstərməyə çağırmışdı.
Ancaq baş nazirin sabiq 1-ci müavini, “Milyarderlər İttifaqı” kimi tanınan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının (RATİ) əsas fiqurantı, Kremldə yetərincə güclü dayaqlara malik olan Abbas Abbasov çağırışlara nəinki məhəl qoymadı, əksinə, bu arada vəziyyəti daha da tündləşdirən, parçalanmanın dərinləşməsinə yönəlik addımlar atdı: martın 6-nı gözləmədən, fevralın 20-də alternativ “qurultay” təşkil etdi, erməniyönlü “Regnum” agentliyinə müsahibəsində Azərbaycan xalqını, Rusiyada ticarətlə məşğul olan azərbaycanlıları aşağıladı, toplumu “alverçi” adlandırdı, paralel surətdə ona opponentlik edən tanınmış azərbaycanlılara (T.Hacıyev – qurultaya hazırlıq komitəsinin sədri) qarşı Moskvada təxribatçı əməllərini davam etdirdi.
Bu və digər məsələlərdən dolayı “AzerRos” ətrafında yaranmış son durumu Söyün Sadıqov mediafax-a şərh edib. Sadıqov “AzerRos”un bəzi rəhbərlərinin destruktiv mövqeyi üzündən qurumda həqiqətən böhranlı durumun yarandığını etiraf edib.
Onun sözlərinə görə, “AzerRos”da daxili çəkişmələr 2013-cü ildə, özünün təşkilat prezidenti postundan könüllü getməsindən sonra başlayıb: “O zaman mən kənara çəkilib yerimi Asif Məhərrəmova güzəştə getdim. Heç təşkilata da gəlmirdim ki, qurum kollektivi yeni prezidentə alışsın. Yalnız ”AzerRos”in tədbirlərinə qatılırdım. Ancaq Məhərrəmov və Ağsaqqallar Şurasının sədri (artıq ləğv edilib -red.) Abbas Abbasov təşkilat üzvləri ilə, sadə azərbaycanlılarla işləməyin yanlış taktikasını seçdilər. Mənə tez-tez icmanın regional liderlərdən bu adamların özündənrazı və polissayağı davranışı, insanları təhqir etmələri haqda şikayətlər gəlirdi. 2014-cü ildə narazılıq pik həddə çatdı”.
Söyün Sadıqov dəfələrlə Ağsaqqallar Şurasının sədri Abbas Abbasovla danışdığını deyir: “Mən ona xəbərdarlıq etdim, vəziyyətin böyük qalmaqal həddinə çatmaması üçün müdriklik göstərməyi xahiş elədim. Ancaq qurum üzvlərini yığıb onlarla situasiyanı müzakirə eləmək əvəzinə, o, Asif Məhərrəmovun idarəçiliyini qəbul etməyənlərə qarşı intriqalar yaratmağa başladı. Onların hər ikisi xalqdan çox uzaq düşmüş adam olduqlarını göstərdilər. Dekabrın 17-də növbədənkənar qurultay çağırmalı olduq. Abbasov bir ağsaqqal kimi qurultaya gəlmək əvəzinə, özünün hüquq-mühafizə orqanlarındakı əlaqələrindən istifadə edərək tədbiri pozmağa çalışdı, bir daha təxribatçı kimi öz istedadını göstərdi. Lakin istəyinə nail olmadı, tədbir legitim şəkildə baş tutdu və qurultaya martın 6-dək fasilə vermək qərarına gəlindi. Abbasov isə fevralın 20-də öz ”qurultayını” keçirdi, hansı ki tədbirdə  cəmi 9 nəfər olub, onun da dördünün səs hüququ olmayıb”.
Sözünə davam edən fəxri prezident Abbas Abbasovun Azərbaycan vətəndaşı olmasına da diqqət çəkib: “Ən önəmlisi odur ki, Abbas Abbasov heç Rusiya vətəndaşı deyil. Qanuna görə isə o, qurumda, ümumiyyətlə, səs hüququna malik deyil. Martın 6-dakı qurultayda biz bu məsələni qaldıracaq və dövlət idarələrindən soruşacağıq ki, nə üçün Abbasov hər yerdə ”AzerRos”un adından danışmaqla  Rusiya qanunvericiliyini pozur?”
Sonda Sadıqov Abbasovun ünvanına daha sərt ifadələr işlədib: “Bu adam özünü xalqını sevməyən, yaşadığı vətənini, ölkəsini sevməyən kosmopolit kimi aparır. O, Azərbaycan xalqından üzr istəməli  və öz əlaltıları ilə birgə çıxıb getməlidir. Dövlət məmurları və ”OMON”-un hesabına lider olmaq mümkün deyil”. (Musavat.com)

 

Previous Post

ABŞ rusiyalı hakerin başına 3 milyon dollar qoydu

Next Post

Prezident “Xocalı” abidəsini ziyarət etdi

Bənzər yazılar

“Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN

“Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN

15 Oktyabr 2026 - 12:17

"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, “Rəqəmsal rabitə”...

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

15 Oktyabr 2026 - 12:04

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 15-də Qırğız Respublikasında keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri...

İtaliya hərbçiləri Azərbaycana səfər edib

İtaliya hərbçiləri Azərbaycana səfər edib

15 Oktyabr 2026 - 10:06

Bakıda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq...

Azərbaycan-BƏƏ hərbçilərinin təlimində təyyarə və helikopterlərin uçuşu olub- VİDEO

Azərbaycan-BƏƏ hərbçilərinin təlimində təyyarə və helikopterlərin uçuşu olub- VİDEO

14 Oktyabr 2026 - 18:37

Azərbaycanda keçirilən “Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi uğurla davam edir. Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq,...

Next Post

Prezident “Xocalı” abidəsini ziyarət etdi

Prezident “Xocalı” abidəsini ziyarət etdi

Son xəbərlər

Mask Zelenskini İSTEFAYA ÇAĞIRDI

Mask Zelenskini İSTEFAYA ÇAĞIRDI

15 Oktyabr 2026 - 16:00
Pezeşkian sabah Ermənistana səfər edəcək

Pezeşkian sabah Ermənistana səfər edəcək

15 Oktyabr 2026 - 15:53
Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb

Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb

15 Oktyabr 2026 - 15:44
Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

15 Oktyabr 2026 - 15:30
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək

15 Oktyabr 2026 - 15:16
Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

15 Oktyabr 2026 - 15:00
İqor Sergeyenko: Azərbaycan AQEM-ə səmərəli sədrlik edir

İqor Sergeyenko: Azərbaycan AQEM-ə səmərəli sədrlik edir

15 Oktyabr 2026 - 14:43
Bu, Nürnberq tribunalının analoqu idi – Prezident

Bu, Nürnberq tribunalının analoqu idi – Prezident

15 Oktyabr 2026 - 14:30
Kredit götürüb işsiz qalanlar üçün yenilik

Kredit götürüb işsiz qalanlar üçün yenilik

15 Oktyabr 2026 - 14:14
Azərbaycanda dərslərin başlama saatı dəyişdirilə bilər

Azərbaycanda dərslərin başlama saatı dəyişdirilə bilər

15 Oktyabr 2026 - 14:07
Pentaqon pilotsuz təyyarələrin kütləvi istehsalına başlamaq istəyir

Pentaqon pilotsuz təyyarələrin kütləvi istehsalına başlamaq istəyir

15 Oktyabr 2026 - 14:00
Kartdan-karta pul köçürmələri üzrə limitlər… – AMB

Kartdan-karta pul köçürmələri üzrə limitlər… – AMB

15 Oktyabr 2026 - 13:51
“Bakı şəhərində 18 Oktyabr Parkı salınmalıdır” – ƏHD Partiyasından çağırış

“Bakı şəhərində 18 Oktyabr Parkı salınmalıdır” – ƏHD Partiyasından çağırış

15 Oktyabr 2026 - 13:43
Məktəb mühafizəçisinə hücum edənlər həbs olundu

Məktəb mühafizəçisinə hücum edənlər həbs olundu

15 Oktyabr 2026 - 13:42
Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

15 Oktyabr 2026 - 13:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.