Fevralın 11-də Minskdə Rusiya-Ukrayna münaqişəsinin çözümü ilə bağlı “Normand formatı”nda danışıqlar baş tutub. Fransa prezidenti Fransua Olland, Almaniyanın federal kansleri Angela Merkel, Ukrayna prezidenti Petro Poroşenko, Rusiya prezidenti Vladimir Putin axşam saatlarında sülh planının müzakirəsi üçün Belorus paytaxtında bir araya gəliblər.
Birgə müzakirələrə başlamazdan öncə Almaniya kansleri Merkellə Fransa prezidenti Olland Ukrayna və Rusiya prezidentləri ilə ayrı-ayrılıqda qısa görüş keçirib. Fransa xəbər qaynaqları bu informasiyanı danışıqlardan öncə “nəbz yoxlaması kimi” dəyərləndirib.
Görüşdən öncə açıqlama verən liderlər bildiriblər ki, əsas məqsəd tərəflər arasında davamlı atəşkəs haqqında razılaşmanın əldə edilməsidir.
Hindistanın şimalında yüksək temperaturla əlaqədar paytaxt Yeni Dehli və ətraf ştatlarda xəbərdarlıq edilib. Elchi.az xəbər verir ki, Hindistan Meteorologiya İdarəsinin...
Slovakiyanın sui-qəsdə məruz qalan Baş naziri Robert Fitsonun səhhəti əməliyyatdan sonra yaxşılaşıb. Elchi.az xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Robert...