“WhatsApp” messenceri oktyabrın sonundan etibarən yalnız əməliyyat sistemi 5.0 və daha yuxarı olan Android cihazlarını dəstəkləyəcək. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
“24 oktyabr 2023-cü il tarixindən etibarən yalnız “Android ƏS 5.0” və daha yuxarı versiyaları dəstəklənəcək”, – deyə “Whatsap”şirkəti bildirib.
Şirkət qeyd edib ki, əməliyyat sisteminə dəstək dayandırılmamışdan əvvəl istifadəçilər bu barədə birbaşa messencerdə mesaj vasitəsilə məlumatlandırılacaqlar.
Havar Şəfiyeva