Çinin şimal-qərbindəki Qinghai əyalətində çox nadir rast gəlinən “Pareuchiloglanis” balıq növü 40 ildən çox yoxa çıxdıqdan sonra avqustun əvvəlində Lanzanq çayında yenidən tapılıb.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu barədə “Qinghai Daily” nəşri bildirib.
“Pareuchiloglanis” Asiyada yaşayan pişik balığı növü, Lancang çayı hövzəsində rast gəlinən yeganə ətyeyən balıqdır. Bu olduqca nadir növün dar yaşayış sahəsi və yüksək ekoloji tələbləri var.
1970-ci illərin əvvəllərindəki bir neçə qeyd istisna olmaqla, o, heç vaxt görülməyib və nəsli kəsilməkdə olan növ hesab edilir.
Çin Elmlər Akademiyasının Şimal-Qərb Yayla Biologiyası İnstitutu Tibetin Yuşu Muxtar Prefekturasının Kənd Təsərrüfatı və Heyvandarlıq Departamenti ilə birlikdə Lanzanq çayının baş hissəsində balıq ehtiyatları üzərində araşdırma apararkən yerli balığı aşkar edib.
Yeganə