Avropa Birliyi və G7 ölkələri Rusiyaya qarşı növbəti sanksiyalar paketi çərçivəsində rəsmi Moskvanın əvvəllər tədarükünü azaltdığı marşrutlar üzrə boru kəməri qazının idxalına qadağa qoymaq niyyətindədir.
Elchi.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” G7 liderlərinin bəyanat layihəsinə istinadən məlumat yayıb.
Məlumata görə, G-7 liderlərinin Xirosima sammitində qəbul edəcəkləri qərar Rusiyadan Polşa və Almaniyaya boru kəməri vasitəsilə qazın ixracının bərpasının qarşısını almalıdır.
Qeyd edək ki, Rusiyanın bu istiqamətlərə qaz tədarükü 2022-ci ildə Ukraynaya genişmiqyaslı müharibədən sonra faktiki olaraq kəsilib.
Dövlət Ekoloji Ekspertiza Agentliyi auditor seçib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq...