İspaniyanın “Barselona” klubu mövsümün sonunda futbolçusu Serxio Busketslə yollarını ayıracağını açıqlayıb.
Elchi.az xəbər verir ki, Kataloniya təmsilçisi bu barədə rəsmi Tvitter hesabında paylaşım edib.
Postda “Barsa” əfsanəsi ilə vidalaşır” yazılıb.
Qeyd edək ki, 2008-ci ildən əsas komandada çıxış edən Serxio Buskets 721 matçda iştirak edib, 18 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.
35 yaşlı kapitan bu müddət ərzində 3 dəfə UEFA Çempionlar Liqasının, eyni sayda klublararası dünya çempionatının və UEFA Super Kubokunun, 8 dəfə İspaniya La Liqasının, 7 dəfə isə ölkə kubokunun və Superkubokunun qalibi olub.
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
“Bayer” futbol üzrə Almaniya çempionatının 34-cü turunun ev oyununda “Auqsburq”u 2:1 hesabı ilə məğlub edib. Elchi.az xəbər verir ki, qaliblərin...