Dünən “Real Madrid” və “Osasuna” klubları arasında keçirilən İspaniya Kubokunun final oyunu zamanı azarkeşlərin olduğu tribuna çöküb.
Elchi.az xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.
Məlumata görə, “Osasuna” azarkeşlərinin olduğu tribuna dağılıb. Buna səbəb “Osasuna” azarkeşlərinin Lukas Torronun “Real”ın qapısına vurduğu qolu çılğın şəkildə qeyd etmələri olub. Hadisə nəticəsində bir neçə azarkeş xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, oyun 2-1 hesabı ilə “Real Madrid”in qələbəsilə başa çatıb.
İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb
İngiltərədəki "Great North Run" yarımarafonunun 25 yaşlı iki iştirakçısı qaçış zamanı vəziyyətləri pisləşdikdən sonra ölüblər. Elchi.az xəbər verir ki, bu...



















Son şərhlər