Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna 26-28 aprel tarixləri ərzində Azərbaycana və Ermənistana səfər edəcək.
Elchi.az xəbər verir ki, bu barədə Fransa XİN-in mətbuat xidməti məlumat yayıb.
“Nazir səfər zamanı Fransanın ədalətli, davamlı, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan sülh naminə iki ölkə arasında danışıqların dəstəklənməsinə sadiqliyini ifadə edəcək”, – məlumatda qeyd edilir.
Səfər çərçivəsində K.Kolonnanın azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirəcəyi gözlənilir.
Vladimir Putin müdafiə nazirinin müavinini dəyişib
Rusiya Prezidenti Vladimir Putin müdafiə nazirinin müavinini dəyişib. Elchi.az xəbər verir ki, bu barədə övlət başçısı bu gün fərman imzalayıb....