Sabah Moskvada Rusiya, Türkiyə, Suriya və İran müdafiə nazirlərinin və kəşfiyyat idarəsi rəislərinin dördtərəfli görüşü keçiriləcək.
Elchi.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Anadolu” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, görüşün məqsədi problemlərin müzakirələr yolu ilə həllidir:
“Biz ən qısa zamanda regiona sülhün və sabitliyin gəlməsini istəyirik. Təmaslarımız qarşılıqlı hörmətə əsaslanaraq davam edir. Toplantı çərçivəsində bəzi müsbət nəticələrin əldə olunması gözlənilir. Biz regional sülhün təmin olunması üçün əlimizdən gələni edirik”.
Akar terrorla mübarizənin davam etdiriləcəyini və Türkiyənin suriyalıların təhlükəsizlik qayğılarını nəzərə aldığını söyləyib.
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb....





















Son şərhlər