Hazırda Ukraynanın F-16 qırıcılarına ehtiyacı yoxdur.
Elchi.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden “ABC Nyus” kanalına açıqlamasında deyib.
Jurnalistin “bunu heç vaxt Ukraynaya F-16-lar verilməyəcək kimi başa düşmək olarmı” sualına cavabında Bayden qeyd edib ki, Ukrayna müdafiəsinin gələcəkdə nəyə ehtiyac duyacağını hələlik bilmək mümkün deyil:
“İndi bizim hərbçilərin fikrincə, Kiyevi F-16-larla təmin etmək üçün kifayət qədər əsas yoxdur”.
ABŞ lideri eyni zamanda qeyd edib ki, indi bir çox dövlət Ukrayna Silahlı Qüvvələrinə tanklar, artilleriya və hava hücumundan müdafiə vasitələri göndərirlər:
“Biz də hazırda təcrübəli hərbçilərimizin uyğun gördüyü texnikaları Ukraynaya göndəririk. Ehtiyac olan sadəcə tanklar, artilleriya, hava hücumundan müdafiə vasitələri və HİMARS-dır”.
Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub
Rusiya ordusu Qara dənizin neytral sularında taxıl daşıyan mülki gəmiyə iki dronla zərbə endirib. Elchi.az xəbər verir ki, bu barədə...





















Son şərhlər