İran Ekspertlər Şurasının idarə heyətinin sözçüsü Əhməd Xatəminin hicabla bağlı çıxışı etirazlarla qarşılanıb.
Elchi.az xəbər verir ki, sosial media istifadəçiləri və iqtisadçılar onu xalqın dolanışıq şəraitinin ağırlığı və bahalığın səviyyəsindən xəbərsiz olduğunu yazıblar.
Əhməd Xatəmi İran Prezidenti İbrahim Rəisiyə müraciət edərək ondan hicabsızlıqla bağlı tədbirlər görməsini tələb edib.
“Dolların bahalaşmasını buraxın, əsas hicabdır. Hicabsızlığın qarşısının alınması üçün hərəkətə keçin”,- Əhməd Xatəmi tələb edib.
Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb
Bu ilin birinci rübündə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə əsas kapitala ümumilikdə 1 milyard 167 milyon 617 min...