“Qarabağ”ın Bakıda Belçika “Gent”inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu bir dəqiqəlik sükutla başlayacaq.
Elchi.az xəbər verir ki, bu barədə Avropa futbol qurumu qərar qəbul edib.
“Qarabağ” – “Gent” matçı ilə yanaşı, gələn həftə avrokuboklarda baş tutacaq digər görüşlərdə də Türkiyədəki zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab matçı fevralın 23-də Gentdə olacaq.
Dünya çempionatının rəsmi açılış mərasimi baş tutub
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının rəsmi açılış mərasimi baş tutub. Elchi.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan...





















Son şərhlər