Fransada Makron administrasiyasının pensiya islahatına qarşı ölkə boyu etirazlar keçirilib. Paytaxt Parisdə baş verən hadisələrə polis müdaxilə edib, çox sayda adam nəzarətə götürülüb.
Elchi.az xəbər verir ki, Fransada mübahisəli pensiya islahatına qarşı etirazlar növbəti dəfə qarşıdurma ilə yekunlaşıb.
Ölkə üzrə bir çox sənaye işçisi Makron administrasiyasının pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatına qarşı tətilə çıxıb.
Nümayişlərdə 1 milyondan çox insan iştirak edib.Tələbələr oturaq aksiya keçiriblər.
Parisdə nümayişlər polisin müdaxiləsindən sonra toqquşmaya çevrilib. Nümayişçilər polisə şüşə və daş atıblar. Polis kütləyə qarşı gözyaşardıcı qaz və dəyənəklərdən də istifadə edib.
Hadisələrdə 30 nəfər saxlanılıb.
Ren, Monpelye, Lion və Marsel kimi şəhərlərdə də etiraz aksiyaları keçirilib.
Şayəstə