Rusiyada “Vaqner Center” hüquqi şəxs kimi rəsmi qeydiyyata alınıb.
Elchi.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yeni hüquqi şəxs 27 dekabr 2022-ci ildə qeydiyyatdan keçib. Əsas fəaliyyət istiqaməti “idarəetmə konsaltinqi”dir.
Sənədlərdə isə heç bir şəkildə hərbi fəaliyyət göstərilmir:
“Hələ ki, qeydiyyatdan keçmiş “Vaqner Center”in “Vaqner” qrupu ilə necə işləyəcəyi məlum deyil. Rusiya qanunları özəl hərbi şirkətlərin fəaliyyətini qadağan edir və bu, “Vaqner” qrupunun fəaliyyətini qanunsuz edir. Hazırda Ukraynada cəbhədə 50 minə yaxın “Vaqner” döyüşçüsü var və onlar Yevgeni Priqojinin biznes strukturları tərəfindən alınan dövlət müqavilələri üzrə korrupsiya yolu ilə maliyyələşir. Qeydiyyatın məqsədi, çox güman ki, Priqojinin kommersiya üstünlüyünü artırmaq və getdikcə daha çox tanınan təşkilatı qanuniləşdirməkdir”.
Çin 10 ildə Tacikistan iqtisadiyyatına 3,8 milyard dollar sərmayə qoyub
Çin son 10 ildə Tacikistan iqtisadiyyatına təxminən 3,8 milyard dollar sərmayə qoyub. Elchi.az xəbər verir ki, bunu Tacikistan prezidenti Emoməli...