Hakimin sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti və vəkilləri məhkəmə sistemindən sui-istifadə edirlər.
Elchi.az xəbər verir ki, Florida məhkəməsi ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintona qarşı qaldırdıqları iddiada keçmiş ABŞ prezidenti Donald Tramp və vəkilindən “ittihamların uğursuzluğuna” işarə edərək, təxminən 1 milyon dollar geri alıb.
Florida ştatının Cənub Bölgəsi üzrə federal məhkəmənin qərarında hakim Donald Middlebrook, “Bu iş açılmamalı idi … İttihamların uyğunsuzluğu əvvəldən aydın idi” dedi.
Ağ Evin keçmiş rəhbəri və vəkili Alina Xabba ABŞ dövlət katibini və daha 30 müttəhimi 2016-cı il seçki kampaniyası zamanı Trampı ləkələməyə çalışmaqda ittiham ediblər. Prokurorlar təzminat üçün 70 milyon dollar tələb ediblər. 2022-ci ilin noyabrında təqsirləndirilən şəxslər məhkəməyə cavab ərizəsi verib, bu cür iddiaları əsassız adlandırıb, həmçinin eks-prezidentdən 1 milyon dollardan artıq pulun alınmasını tələb ediblər.
“Heç bir ağlabatan vəkil bu iddianı qaldırmaz… Tramp və onun vəkilləri məhkəmə sistemindən sui-istifadə edirlər” deyən hakim cavab vəsatətini təmin edərək, Tramp və Hubbanı 937 900 dollar cərimələyib.
Şayəstə