Xocavənddə tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat toplanıb.
Bu barədə Elchi.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Belə ki, Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Tuğ kəndi ərazisində xidmətdə olarkən tərk edilmiş hərbi mövqelərdən 1 avtomat, 1 qumabaraatan, 1 snayper tüfəngi, 37 snayper patronu, 1 əl qumbarası və 1800 ədəd müxtəlif çaplı patronlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var
Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...