2022-ci ilin sentyabrında Uqandada başlayan Ebola epidemiyası sona çatıb. Son hadisənin görülməsindən 42 gün sonra heç bir xəstəliyə rast gəlinmədiyi üçün 11 yanvar epidemiyanın bitdiyi gün hesab edildi.
Elchi.az xəbər verir ki, bu barədə Uqandanın səhiyyə naziri Ceyn Rut Aceng epidemiyanın başa çatması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə keçirilən mərasimdə çıxış edib.
Aceng ölkədə epidemiyanın uğurla nəzarət altına alındığını bildirib.
Epidemiyanın necə başladığının hələ də dəqiq bilinmədiyini qeyd edən nazir Aceng bunun mənbəyi ilə bağlı araşdırmanın həm yerli, həm də beynəlxalq tərəfdaşlarla aparıldığını bildirib.
11 yanvar epidemiyanın bitdiyi gün qəbul edildi
Aceng qeyd edib ki, 2022-ci il sentyabrın 19-dan indiyədək 155 hadisə baş verib, onlardan 143-ü təsdiqlənib, 55-i isə dünyasını dəyişib.
Son hadisənin görülməsindən 42 gün sonra heç bir xəstəliyə rast gəlinmədiyi üçün 11 yanvar epidemiyanın bitdiyi gün hesab edildi.
Bir növ hemorragik qızdırmaya səbəb olan Ebola ilk dəfə 1976-cı ildə Nzara, Sudan və Konqo Demokratik Respublikasının Yambuku şəhərlərində eyni vaxtda yayılıb.
Ebola 2013-cü ildə Qərbi Afrikada yayılıb. 2014-2017-ci illərdə Qvineya, Liberiya və Syerra-Leonedə baş verən epidemiyada 30 min insan virusa yoluxub, xəstələrdən 11 mindən çoxu dünyasını dəyişib.
Şayəstə