Ermənistan Təhlükəsizlik Şurası katibinin açıqlaması təxribatdır.
Elchi.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu cür bəyanatları təxribat kimi qiymətləndirmək olar. Onlar doğru deyil. Rusiya rəsmilərinin heç biri bunu deməyib və heç kim vasitəsilə Ermənistan tərəfinə çatdırmayıb”, – Peskov bildirib.
Qeyd edək ki, Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan Rusiyanın Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur etdiyini demişdi.
Zəngəzur dəhlizi bu vaxt açılacaq – Türkiyəli nazir
Zəngəzur dəhlizi 2028-2029-cu illərdə fəaliyyətə başlaya bilər. Elchi.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu “TGRT...