Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” sazişi təsdiqləyib.
Elchi.az xəbər verir ki, 15 maddədən ibarət saziş 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanıb.
Sazişin məqsədi ölkələr arasında bitki mühafizəsi və karantin sahəsində əməkdaşlığı inkişaf etdirmək və bitkiçilik məhsullarının ticarət və mübadiləsini asanlaşdırmaqdır.
Sənədə uyğun olaraq, karantin nəzarətində olan materialların ixracı, idxalı və tranziti dövlətlərin qanunvericiliyi ilə müəyyən olunan qaydada sərhəd-buraxılış məntəqələri vasitəsilə həyata keçirilir, həmçinin fitosanitar nəzarət zamanı karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, idxalçı tərəf yoluxmanı aradan qaldırmaq, yoluxmuş malları zərərsizləşdirmək və ya ixrac edən tərəfə geri qaytarmaq üçün tədbirlər görür.
Layihə deputatlar tərəfindən dəstəklənib.
İran Aİ-nin yeni sanksiyalarını pisləyib
İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Avropa İttifaqının bəzi rəsmilərə və təşkilatlara qarşı tətbiq etdiyi yeni sanksiyaları kəskin şəkildə...