Rusiya Prezidenti Vladimir Putin Qazprom prezidenti Aleksey Millerin qatıldığı mərasimdə Kovitka təbii qaz yatağının Rusiya iqtisadiyyatı və sənayesi üçün son dərəcə əhəmiyyətli olduğunu söyləyib.
Elchi.az türk mediasına istinadən bildirir ki, Kovitkanın təxminən 1,8 trilyon kubmetr ehtiyatla Rusiyanın şərqindəki ən böyük qaz yatağı olduğuna diqqət çəkən Putin, Kovitka ilə Yakutiyadakı Çayandinskoye yatağının bir-birinə bağlanacağını bildirib.
Yataqdan çıxarılacaq təbii qazın “Sibirin Gücü” ilə daşınacağını qeyd edən Putin, “Beləliklə, bütün uzunluğu boyunca ən əhəmiyyətli qaz nəqli marşrutumuzu aktivləşdirdik. Bu marşrut 3 min kilometri keçəcək”-sözlərini qeyd edib.
Şayəstə