Serbiya Respublikasının Statistika İdarəsi ötən ilin oktyabrında keçirilmiş siyahıyaalmanın ilk nəticələrini dərc edib.
Elchi.az-ın türk mediasına istinadən məlumatına görə, Serbiyanın əhalisi 2011-ci ildəki son siyahıyaalmaya görə, yüzdə 6,9 azalaraq 6 milyon 690 min 887 nəfər olub.
Əvvəlki siyahıyaalmada əhalinin sayı 7 milyon 186 min 862 olaraq qeyd edilmişdi. Məlumatlar aşağı doğum və immiqrasiya səbəbindən demoqrafik böhran yaşayan ölkənin əhalisinin təxminən yarım milyon azaldığını ortaya çıxarıb.
Ölkədə əhalinin sayı paytaxt Belqradın da daxil olduğu Belqrad vilayətindən başqa bütün bölgələrdə azalıb.
Məlumata görə, Belqrad əhalisi 2011-ci illə müqayisədə 26 min 123 nəfər artaraq 1 milyon 685 min 563 nəfər olub. Belqraddan başqa, şəhərin əhalisinin ən çox artdığı şəhərlər ölkənin şimalındakı Voyvodina bölgəsindəki Novi Sad və bosniyalıların sıx yaşadığı Sancak bölgəsindəki Yeni Pazar olub.
Yeganə