“İlk növbədə Naxçıvan sakinlərini xilas günü münasibətilə təbrik edirəm. Cənab Prezidentə göstərdiyi prinsipial mövqeyə görə təşəkkür edirəm. DTX-nın rəhbərliyinə cinayətlərin, xəyanətlərin miqyasını açıb ortaya qoyduğu üçün minnətdaram”.
Elchi.az xəbər verir ki, bu fikirləri “AzPolitika.info”-ya açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Naxçıvan MR Ali Məclsinin sədri Vasif Talıbovun istefasına münsasibət bildirərəkən deyib.
“Bundan sonra Naxçıvan rahat nəfəs alacaq, inkişaf edəcək. Naxçıvanlılar tədricən ata yurdlarına dönəcək. Naxçıvanda qanunçuluğun bərpa olunması hər bir vətəndaşın arzusu idi. Əhali inhisarçılıqdan, bir nəfərin ağlasığmaz, düşüncəsiz qərarlarından xilas olub, dövlətçiliyimiz üçün böyük təhlükələrin qarşısı alınıb”, – partiya sədri əlavə edib.