Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
Elchi.az xəbər verir ki, günün ilk matçında “Qəbələ” turnirin son qalibi “Qarabağ”ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 71-ci dəqiqədə Ramon Maçado vurub. İlk görüş 2:2 hesabı ilə başa çatdığı üçün “Qəbələ” yarımfinala yüksəlib.
“Qırmızı-qaralar” bu raundda “Sabah” – “Səbail” cütünün qalibi ilə görüşəcək. Bu oyun saat 19:00-da start götürəcək.
Qeyd edək ki, 1/4 finalın digər iki matçı dekabrın 20-də olacaq. “Turan Tovuz” “Kəpəz”i, “Neftçi” isə “Zirə”ni qəbul edəcək.
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
“Bayer” futbol üzrə Almaniya çempionatının 34-cü turunun ev oyununda “Auqsburq”u 2:1 hesabı ilə məğlub edib. Elchi.az xəbər verir ki, qaliblərin...