Elchi.az News.am-a istinadən xəbər verir ki, Azərbaycanın Xankəndini Ermənistanla birləşdirən yolda keçirdiyi aksiyalar və qaz təchizatını əngəlləməsi nəticəsində Qarabağda benzin, dizel yanacağı, maye və sıxılmış qaz qıtlığı yaranıb. Bu barədə üzdəniraq “Artsaxın” İnformasiya Qərargahı məlumat yayıb.
“Yanacaq böhranının qarşısını almaq üçün üzdəniraq “Artsax Respublikası” hökuməti sahibkarlarla qənaət rejiminə keçmək barədə razılığa gəlib. Yanacaqdoldurma məntəqələri ilk növbədə təcili yardım, ictimai nəqliyyat və xüsusi xidmət orqanlarını yanacaqla təmin edəcək. Yanacağın verilməsi mexanizmləri və prosedurları barədə əhaliyə əlavə məlumat veriləcək. Vətəndaşlardan yanacaqdan qənaətlə istifadə etməyə, nəqliyyat vasitələrindən yalnız fövqəladə hallarda istifadə etməyə çağırılır.
Şayəstə