Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müvafiq əmri ilə qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə yeni təyinat olub.
Elchi.az xəbər verir ki, həmin vəzifəyə tanınmış jurnalist İlkin Kərimov təyin edilib.
Qeyd edək ki, 16 ildən artıq jurnalistika təcrübəsinə malik olan İlkin Kərimov ANS TV, “ASAN Radio” və digər media qurumlarında müxbir, aparıcı, baş redaktor vəzifələrində çalışıb.
Xatırladaq ki, bundan əvvəl həmin vəzifədə telejurnalist Aysel Fərziyeva çalışıb.
Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib
Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...