Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, 35 yaşlı hakim Danimarkada “Kopenhagen” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında keçiriləcək qrup mərhələsinin VI tur oyununu idarə edəcək.
Qeyd edək ki, noyabrın 2-də “Parken” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
“Bayer” futbol üzrə Almaniya çempionatının 34-cü turunun ev oyununda “Auqsburq”u 2:1 hesabı ilə məğlub edib. Elchi.az xəbər verir ki, qaliblərin...