Ukraynada İnsan Haqları Üzrə Monitorinq missiyasının üzvləri İzyumda aşkar edildiyi iddia edilən kütləvi məzarlıqla bağlı məlumatlarla əlaqədar səfər etməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi Elizabet Trossel məlumat verib.
“Biz mümkün kütləvi məzarlıqlarla bağlı xəbərləri görmüşük. Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasından olan həmkarlarımız bu iddiaları izləyir və bu insanların ölüm şəraitini müəyyən etmək üçün İzyuma monitorinq səfəri təşkil edəcəklər”, – Trossel bildirib.
BMT Nizamnaməsinin mətnini parçaladı
Birləşmiş Millətlər Təşkilatında tarixi Fələstin səsverməsi İsraili narahat edib. İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan qalmaqallı hərəkət edib. O, təşkilatın...