"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Danilovun Bakıya qarşı simasızlığı…

01 Sentyabr 2022 - 12:22
in SİYASƏT
FacebookVatsap

Bir neçə gündür sosial şəbəkələrdə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun müsahibəsi zamanı Azərbaycana qarşı arzulanmaz sözlərdən istifadə etməsi müzakirə edilir.

Bunu da oxuyun

Azərbaycan XİN Konqo hökumətini Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan XİN Pakistanı təbrik etdi

Danilov bu müsahibəni 26 avqustda yerli kanala verib, videosu da var: Rusiyanın qaz şantajı qarşısında Qərbin “xəyanət edib-etməyəcəyi” barədə fikirlərini bölüşərkən deyir:

“Mən dəqiq bilirəm ki, bunu Böyük Britaniya etməyəcək, ABŞ dəqiq satmayacaq; mən çox istərdim ki, demokratiya yolunun üstündə hansısa qaz dayanmamış olsun. Ruslar bunu edə bilər: onlar ermənilərə xəyanət etdilər – Azərbaycan özününkü saydığı ərazilərə girdi (hərfi tərcümə: Azərbaycan o ərazilərə girdi ki, hansı ki, özününkü sayır – red.), siz görürsünüz ki, ruslar bu gün Suriyaya xəyanət edir, orda müəyyən proseslər gedir. Heç istəməzdim ki, Avropa bizimlə bu cür davransın. Düşünürəm ki, bu, baş verməyəcək, çünki dünya bunu müşahidə edir”.

Bu ifadələrdə Danilovun Azərbaycana qarşı, yumşaq desək, arzulanmayan, beynəlxalq hüquqa uyğun gəlməyən mövqeyi, daha sərt desək, ermənipərəstliyi və Bakıya antipatiyası, vicdanını itirməsi görünür.

Danilovun bu müqayisəsi qədər vicdansız, ədalətsiz, beynəlxalq hüquqa zidd müqayisə təsəvvür etmək mümkün deyil. Ukraynanın hərbi-siyasi rəhbərliyində təmsil olunan bu nadürüst Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini “Rusiyanın ermənilərə xəyanəti” kimi təqdim etməyə cəhd göstərir.

Adamın azacıq ləyaqəti və vicdanı olsaydı, Azərbaycanın da Ukrayna kimi ərazilərinin işğal altında olduğunu deyər, Ukraynanı Ermənistanla deyil, Azərbaycanla müqayisə edər, Ermənistanı Rusiyanın müdafiə etməsinə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini vurğulayardı.

Adamın azacıq öz dövlətinin maraqlarını qorumaq istəyi olsaydı, Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazilərini geri qaytarmasını “Azərbaycan özününkü hesab etdiyi ərazilərə girdi” sözü ilə ifadə etməzdi! Çünki Ukraynanın da “özününkü hesab etdiyi” ərazilər var və Krım və Donbas da daxil olmaqla, bu əraziləri Rusiya “mübahisələndirir”.

Rusiyanın Ermənistanı müdafiə etməsi ilə Qərbin Ukraynanı müdafiə etməsi arasında paralellər aparmaq qədər vicdanını, ləyaqətini və ədalət hissini itirmiş, beynəlxalq hüquqa tüpürmüş Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurası katibi heç bir halda Azərbaycan haqda bu cür sözü dilinə gətirməməli idi: çünki Azərbaycan Rusiya ilə müttəfiq münasibətlərinə baxmayaraq, Krımın ilhaqını tanımır və kiçik dövlət olmasına rəğmən, Ukraynanın ərazi bütövlüyünü tam-tamına müdafiə edir. Halbuki Ermənistan Krımın ilhaqına və Donbasdakı “respublikalara” daha fərqli yanaşır və Ukraynanın ərazi bütövlüyünə hörmət etmir. Üstəlik, Rusiyaya bu müharibədə əlindən gələn dəstəyi də göstərir.

Ukrayna vətəndaşı olan azərbaycanlılar bu ölkənin bütövlüyü üçün vuruşur və şəhid olur, Azərbaycan Kiyevə dəfələrlə humanitar yardım göstərib, azərbaycanlılar bir neçə dəfə Ukrayna üçün humanitar və dəstək aksiyaları keçirib… Bunları Ermənistan etməyib. Ancaq Danilov bunların heç birini və beynəlxalq hüququ görməzdən gələrək, Azərbaycan haqqında haqdan-hüquqdan kənar ifadə işlətməyi özünə sığışdırır.

Hələ onu demirik ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkədir!

Əlbəttə, bir Danilov və yaxud keçmiş nazir Avakovla Ukrayna dövlətinin mahiyyəti və siyasəti haqda qiymətləndirmə aparmaq istəməzdik – baxmayaraq ki, bu ölkənin azadlığı üçün canlarını verən azərbaycanlıların “yanında” Azərbaycan qazisi ədalətsizcəsinə türməyə atılıb; bu ölkədə çoxluq Azərbaycanın haqq davasında beynəlxalq hüququn və ədalətin yanında olub, ciddi ictimai-siyasi simaları da İlham Əliyevin böyük dövlət xadimi kimi ölkəni milli hədəflərinə çatdırdığını və ərazisini işğaldan azad etdiyini açıq mətnlə bildiriblər.

Ancaq hər bir halda danilovları da unutmamalıyıq: Ukrayna adı gələndə özünə əl qatan, Azərbaycanın milli maraqlarını unudanlar bu faktdan nəticə çıxarmalıdırlar. Azərbaycanın öz milli maraqları var, başqaları üçün “xarakiri” edənlər ilk növbədə bunu unutmamalıdırlar.

Haqq da, ədalət də Ukraynanın tərəfindədir, işğala məruz qalan Ukraynadır; Ukraynanın dirənişi Rusiyanın aqressorluğu qarşısında ciddi maneədir. Beynəlxalq hüquq da, bütün dünya da Ukraynanın yanındadır. Ancaq Ukraynanın yanında olan ABŞ-ın və AB-nin “siyasi babası” Fransanın səfirləri Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alaraq, Şuşaya səfərdən imtina edirlər.

Azərbaycan haqq savaşına qalxıb, məhz Rusiyanın vaxtilə göstərdiyi birbaşa hərbi yardımla işğal etdiyi və birbaşa dəstəyilə 30 il işğalda saxladığı torpaqlarını azad etməyə başlayanda da indi Ukraynanın yanında olan ABŞ, Fransa, Almaniya…nın hansı mövqe tutduğu hər birimizin yadındadır; Rusiyanı Krımı ilhaq etməkdə suçlayan ABŞ Xankəndinin rus sülhməramlıların nəzarətində qalmasından qəti narahat deyil, Laçın dəhlizi bağlanan kimi isə İrəvandakı səfrliyinin məsulları hərbi attaşe ilə birgə Ermənistan Baş Qərargahına yüyürür…

Türkiyə olmasa, Azərbaycanı ərazi bütövlüyünü bərpa etməyə imkan verərdilərmi? Elə indi də münaqişə arxada qalsa da, ölmüş və siyasi səhnədən çıxmış Minsk Qrupuna “həmsədr” “təyin edən” ABŞ deyilmi?..

Daha ağıllı olmaq zamanıdır!

Previous Post

Qubadakı yanğına görə 1 nəfər saxlanıldı

Next Post

“Elə etməliyik ki, düşmən bir daha Laçın tərəfə baxmağa cəsarət etməsin!”

Bənzər yazılar

Azərbaycan XİN Konqo hökumətini Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan XİN Konqo hökumətini Milli Günü münasibətilə təbrik etdi

15 Avqust 2026 - 11:28

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Konqo Respublikası hökuməti və xalqını Milli Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, bu barədə...

Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

14 Avqust 2026 - 11:57

Ötən gün Baş prokuror Kamran Əliyev Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyi qəbul edib. Bu...

Azərbaycan XİN Pakistanı təbrik etdi

Azərbaycan XİN Pakistanı təbrik etdi

14 Avqust 2026 - 10:02

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında...

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

14 Avqust 2026 - 09:46

Bakıda Pakistanın Müstəqillik Günü ilə bağlı tədbir keçirilib. Elchi.az xəbər verir ki, tədbirdə Pakistan nümayəndələri, media təmsilçiləri və digər şəxslər...

Next Post
“Elə etməliyik ki, düşmən bir daha Laçın tərəfə baxmağa cəsarət etməsin!”

"Elə etməliyik ki, düşmən bir daha Laçın tərəfə baxmağa cəsarət etməsin!"

“Elə etməliyik ki, düşmən bir daha Laçın tərəfə baxmağa cəsarət etməsin!”

"Elə etməliyik ki, düşmən bir daha Laçın tərəfə baxmağa cəsarət etməsin!"

Son xəbərlər

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00
Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

15 Avqust 2026 - 16:13
İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

15 Avqust 2026 - 15:51
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Mağazadan oğurluq edən şəxs saxlanıldı

15 Avqust 2026 - 15:34
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

15 Avqust 2026 - 15:18
“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

15 Avqust 2026 - 14:46
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10
Ferran Torres PSJ-də

Ferran Torres PSJ-də

15 Avqust 2026 - 13:51
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

15 Avqust 2026 - 13:25
Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

15 Avqust 2026 - 13:09
Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

15 Avqust 2026 - 12:55
Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

15 Avqust 2026 - 12:38
Bakıda külək əsir, bir sıra rayonlarda yağış yağır – FAKTİKİ HAVA

Bakıda külək əsir, bir sıra rayonlarda yağış yağır – FAKTİKİ HAVA

15 Avqust 2026 - 12:10
İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlandı

İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlandı

15 Avqust 2026 - 11:50
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.